Azərbaycan Opera və Balet Teatrı ilk beşliyə daxil edildi
17 aprel 2020 18:49 (UTC +04:00)

Azərbaycan Opera və Balet Teatrı ilk beşliyə daxil edildi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı MDB ölkələrinin ən yaxşı opera teatrlarının reytinqində ilk beşliyə daxil edilib.

Lent.az  xəbər verir ki, Rusiyanın TurStat analitik agentliyi Beynəlxalq Mədəniyyət Günü ərəfəsində tamaşaçılar arasında populyarlıq haqqında məlumatlar, həmçinin teatrların saytlarında və sosial şəbəkələrdə onlayn-translyasiyalar əsasında teatrların reytinqini tərtib edib.

Birinci yeri Moskvadakı Dövlət Akademik Böyük Teatrı tutub. Minskdəki Belarus Böyük Teatrı və Almatıdakı Abay adına Qazax Dövlət Akademik Opera və Balet Teatrı da liderlər üçlüyündədir.

Daha bir Qazaxıstan teatrı – Nur-Sultandakı “Astana Opera” reytinq cədvəlinin dördüncü sətirində yer alıb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı reytinqin beşinci sətirində qərarlaşıb.

Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrı (Daşkənd), Moldova Respublikasının Mariya Bieşu adına Milli Opera və Balet Teatrı (Kişineu), Abdılasy Maldıbaev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrı (Bişkek), Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrı (Düşənbə) top-10 siyahısında sonrakı yerləri tuturlar. Azərtac.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2319

Oxşar yazılar

Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32