Mersində bir mağarada 8 min illik qaya rəsimləri aşkara çıxıb.
Lent.az TRT-yə istinadən bildirir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə Mersində İstanbul və Kütahya universitetləri ilə birgə “Orta Toroslar tarixindən əvvəl” layihəsi icra edilir.
Layihə çərçivəsində bölgədə elmi-tədqiqat işləri aparan iki universitetin alimləri Ərdəmli qəsəbəsindəki Alata vadisindəki sarp qayalıq yamacındakı mağarada 15-ə yaxın 8 min illik qaya rəsimləri aşkar ediblər.
Alimlər aralarında insan, heyvan və müxtəlif geotik fiqurların cızıldığı qaya rəsimlərinin Latmos dağlarındakı qaya şəkilləri ilə bənzər olduqlarını söyləyib və bildiriblər ki, bunlar Mersin bölgəsinin bilinməyən tarixi dövrünə çıraq tutacaq.