2024-cü ilin  ən yüksək qonorar   alan aktyorları - SİYAHI
03 mart 2025 19:15 (UTC +04:00)

2024-cü ilin ən yüksək qonorar alan aktyorları - SİYAHI

"Forbes" 2024-cü ilin ən yüksək qonorar alan aktyorlarının siyahısını açıqlayıb. 

Lent.az xəbər verir ki, reytinqə həm kişi, həm də qadın Hollivud ulduzları daxil olub. Ancaq ilk onluqda yalnız bir qadın aktrisa yer ala bilib.

"Forbes"in məlumatına görə, reytinqin lideri amerikalı aktyor Dueyn "The Rock" Conson olub. Məhz o, ötən ilin ən yüksək qonorar alan Hollivud sənətçisi seçilib.

"Kod adı: Qırmızı" filmində rol alan ulduz 2024-cü ildə 88 milyon dollar qazanıb. Onun əsas gəliri "Amazon"un istehsal etdiyi filmdən olub. Bu filmdə o, Şimal qütbünün təhlükəsizlik rəhbəri rolunu canlandırıb. Bundan əlavə, onun illik qazancına "Moana-2" cizgi filmində iştirakı da təsir edib.

İkinci yerdə aktyor Ryan Reynolds qərarlaşıb. O, ötən il 85 milyon dollar qazanıb. O, "Deadpool və Wolverine", "Təsəvvür dostlar" və "Xoş gəldin, Wrexham" filmlərindəki rollarına görə yüksək qonorar alıb. Sonuncu film Ryan Reynoldsun Rob McElhenney ilə birlikdə pay sahibi olduğu eyniadlı futbol klubu haqqındadır.

Ən yüksək qonorar alan üçlüyü Kevin Hart tamamlayır. O, il ərzində 81 milyon dollar qazanıb. Ötən il o, "Borderlands" oyununun ekranlaşdırılmasında, həmçinin "Netflix"in "Möhkəm Hart" və "Hava oğurluğu" filmlərində rol alıb.

İlk onluqda yer alan yeganə qadın aktrisa Nikol Kidman olub. O, 31 milyon dollar qazanıb. Ötən il o, "Yaxşı pis qız" adlı erotik trillerdə nüfuzlu biznes-ledi rolunu oynayıb.

2024-cü ilin ən yüksək qonorar alan aktyorlarının siyahısı:

Dueyn Conson – 88 milyon dollar

Ryan Reynalds – 85 milyon dollar

Kevin Hart – 81 milyon dollar

Cerri Seinfeld – 60 milyon dollar

Hyu Cekman – 50 milyon dollar

Bred Pitt – 32 milyon dollar

Corc Kluni – 31 milyon dollar

Nikol Kidman – 31 milyon dollar

Adam Sandler – 26 milyon dollar

Vill Smit – 26 milyon dollar

Qeyd edək ki, 2023-cü ildə ən yüksək qonorar alan aktyor Adam Sandler idi. O, 73 milyon dollar qazanmışdı.

Xatırladaq ki, daha əvvəl Dvayn Conson, Leonardo DiKaprio və Emily Bluntın bir araya gələcəyi məlum olmuşdu. Onlar rejissor Martin Skorsesin yeni cinayət filmində birgə rol alacaqlar. Ulduzlarla dolu filmin hadisələri Havay adalarında cərəyan edəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444

Oxşar yazılar