2022-ci ilin  ən yaxşı filmi   AÇIQLANDI
16 yanvar 2023 16:04 (UTC +04:00)

2022-ci ilin ən yaxşı filmi AÇIQLANDI

“Critics’ Choice Movie Awards” kino mükafatlarının 28-ci təqdimetmə mərasimi baş tutub. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, rejissorlar Den Kvan və Deniel Şayerin “Hər şey hər yerdə və dərhal” filmi 4 nominasiyada qalib olub. Bu film “İlin ən yaxşı filmi”, “Ən yaxşı ssenari”, “Ən yaxşı rejissor”, “Ən yaxşı quruluş”, “Ən yaxşı ikinci dərəcəli aktyor” nominasiyalarında mükafat  alıb.

Ən yaxşı qadın rolu ifaçısı aktrisa Keyt Blanşet  (“Tar” filmi”), ən yaxşı kişi oyunçu adını isə Brendan Freyzer (“Kit” filmi) qazanıb. 

Aktyor məhz bu film üçün 42 kilo kökəlməli olub. Görünür, buna dəyərmiş.

Həmçinin Zendeya “Eyforiya” filmindəki roluna görə ən yaxşı dramatik aktrisa, Bob Odenkerk “Sola zəng edin” filmindəki roluna görə ən yaxşı dramatik aktyor hesab olunub.

“Bıçaq çəkmək”: Şüşə başlıq” filmi ilin ən yaxşı komediya filmi adını qazanıb.

# 4959
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar