Bu günlərdə prokata girmiş Hollivud istehsalı olan “Barbi” filmi ən çox gəlir gətirmiş filmlərin siyahısında 25-ci yerdə qərarlaşıb.
Lent.az-ın xəbərinə görə, film qısa müddət ərzində 1 milyard dollar kassa gəliri gətirib.
“Barbi”nin 25-ci yerdən daha ön sıralara adlaması gözlənilir.
Baş rol ifaçısı Marqot Robbi isə film sayəsində əlavə olaraq 50 milyon dollar qazanacaq. Onun kassa gəlirlərindən xüsusi pay alacağı bildirilir.
Filmin təkcə ABŞ-da nümayiçindən 525 milyon dollar qazanc əldə olunub. Film ekspertləri və peşəkarlar isə bu ekran işini sərt tənqid edərək, “Barbi” filminə baxmağı itirilmiş zaman hesab edirlər.