Bakı II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığa başladı
Bakıda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq Azərbaycan, YUNESKO, İSESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin nümayəndələrindən ibarət Forumun Beynəlxalq İşçi qrupu 2013-cü ilin 29 may - 01 iyun tarixində keçiriləcək tədbirlə bağlı hazırlıq işlərinə başlayıb.
Xatırladaq ki, sözü gedən qurumların tərəfdaşlığı ilə birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2011-ci ilin 7-9 aprel tarixində Bakıda keçirilib.
Birinci Forumda 102 ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 20-yə yaxın ölkədən nazir, dünyanın bir çox nüfuzlu beyin mərkəzlərinin və media təşkilatlarının əməkdaşları, ümumilikdə, dünyanın bütün qitələrindən 500-ə yaxın xarici ölkə vətəndaşı iştirak edib.
Prezident İlham Əliyevin 2011-ci il 27 may tarixli Fərmanına əsasən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən bir Azərbaycanda keçirilməsi qərara alınıb, tədbirin əlaqələndirici qurumu funksiyası isə Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub.
Jalə

720