“Azdrama” Hamlet Xanızadənin xatirə gecəsini keçirəcək
Sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında milli teatr və kino sənətinin görkəmli simalarından biri, əməkdar artist, dövlət mükafatl laureatı Hamlet Xanızadənin anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, gecədə mərhum aktyorun həyat və yaradıcılığından danışılacaq, oynadığı filmlərdən, tamaşalardan parçalar göstəriləcək. Dramatik rolların ölməz ifaçısı Hamlet Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Uşaqlıqdan teatra, kinoya meylli olan Hamlet 50-ci illərin sonlarında İncəsənət Universitetinə daxil olub. Professional teatr fəaliyyətinə 1961-ci Akademik Dram Teatrında başlayıb. O, Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı”, Nəriman Həsənzadənin “Atabəyləri”, Nazim Hikmətin “Şöhrət və unudulan adam”, Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Uilyam Şekspirin “Antoni və Kleopatra”, Fridrix Şillerin “Məkr və məhəbbət” əsərləri əsasında hazırlanan tamaşalarda müxtəlif obrazları böyük sənətkar məharəti ilə yaradıb.
Hamlet Xanızadənin kinoda də parlaq obrazları az deyil. Bunlara misal olaraq, “Yeddi oğul istərəm” (Gizir), “O qızı tapın”, “Axırıncı aşırım” (Talıbov), “Arxadan vurulan zərbə” (İmaş), “Babək” (Xəlifə Mötəsim), “Qətl günü” (Sədi Əfəndi), “Yaramaz” (zavod direktoru) filmlərində yaratdığı obrazları göstərmək olar.
Hamlet Xanızadə 1990-cı il fevralın 22-də dünyasını dəyişib.
Xəyalə

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23