“Qızıl Portağal” Festivalının qonağı Azərbaycan olacaq
19 sentyabr 2011 11:38 (UTC +04:00)

“Qızıl Portağal” Festivalının qonağı Azərbaycan olacaq

0
Türkiyənin “Oskar”ı sayılan, Antalya Böyükşəhər Bələdiyyəsi və Antalya Mədəniyyət və Sənət Dərnəyinin birgə təşkil etdiyi Beynəlxalq Antalya “Qızıl Portağal” Festivalının “Avrasiya Bədii Filmləri” bölümünün builki qonaq ölkəsi Azərbaycan olacaq.

Lent.az-ın “Star” qəzetinə istinadən verdiyi məlumata görə, Antalya Mədəniyyət və Sənət Dərnəyinin yazılı açıqlamasında qeyd olunub ki, 2008-ci ildə 100 yaşı tamam olan Azərbaycan kinosunun seçmə filmləri festival çərçivəsində filmsevərlərə təqdim olunacaq. Azərbaycan “Avrasiya Bədii Filmləri” bölməsində 5 filmlə təmsil olunacaq. Bura ssenarisini İbrahim Rüstəmbəyovun qələmə aldığı “Əlvida cənub şəhəri”, İlqar Nicatın “Buta”, Samir Kərimoğlunun “Niyyət-niyyət”, Yavər Rzayevin “İlahi məxluq-Müqəddəs heyvan”, İlqar Safatın “Sahə-polis” filmləri daxildir.

Azərbaycandan dəvət edilən tanınmışlar sırasında ssenarist İbrahim Rüstəmbəyov da var. Ona festivalda mükafat təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 774

Oxşar yazılar