Emil Əfrasiyaboğlu “İpək yolu” festivalı çərçivəsində konsert verdi
Bu gün Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Etno-caz konserti təşkil edilib. Lent.az-ın məlumatına görə, iyunun 28-də start götürən “İpək yolu” II Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan konsertdə gənc və istedadlı pianoçu Emil Əfrasiyaboğlu və instrumental qrup çıxış edib.
Çıxışından öncə Emil Əfrasiyaboğlu bildirib ki, bu festivalın məhz onun konserti ilə açıldığına görə şərəf duyur: “Çünki belə bir şey hər musiqiçiyə nəsib olmur. Mən də festivalın ruhuna uyğun olaraq, bugünkü konsertimizdə Şərqlə Qərbin sintezi səpkisində musiqilər təqdim edəcəm”.
Konsertdə Emil Əfrasiyaboğlu dahi pianoçu Vaqif Mustafazadənin əsərlərini və özünə məxsus olan caz interpretasiyalarını ifa edib. Gənc pianoçu konsertə özünün “Xarakter” əsəri ilə yekun vurub.
Qeyd edək ki, Emil Əfrasiyaboğlu Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəylinin tələbəsidir.
Xəyalə Muradlı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27