“İpək yolu” II Beynəlxalq Musiqi Festivalı başlayır
Ötən il Şəkidə baş tutan festival bu il Bakıda iyunun 28-dən iyulun 1-dək Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə həyata keçiriləcək. Lent.az-ın məlumatına görə, festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, Ukrayna, Hindistan, Norveç, Cənubi Koreya, Polşa və İsveçrədən iştirakçılar qatılacaq. Festivalın rəsmi açılış mərasimi bu gün İçərişəhərdə Ü. Hacıbəylinin “Əsli və Kərəm” muğam operasının nümayişi ilə baş tutacaq. Bu musiqi bayramı Xalça Muzeyində, istedadlı gənc musiqiçi Cavad Tağızadənin multimedia layihəsi ilə başlayacaq və Bəstəkarlar İttifaqının tarixi binasında əməkdar rəssam Səbinə Şıxlinskayanın E. Qriqin musiqisinə həsr etdiyi orijinal installyasiyaların nümayişi ilə tamamlanacaq.
Festival günlərində şəhərimizin qonaqları və paytaxtımızın sakinləri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin uzun müddət səhnədə nümayiş etdirilməyən “Əsli və Kərəm” operasına yenidən tamaşa etmək, Ukraynanın “Rikoşet” ansamblının ifasında avanqard musiqisini dinləmək, polyak pianoçusu Stanislav Deyin ifasında romantik musiqinin parlaq nümayəndələri - Şopen və Listin əsərlərindən həzz almaq, tanınmış alman dramaturqu P.Züskindin “Kontrabas” pyesinin ideya və məzmununun Azərbaycan muğamının melodiyaları ilə çarpazlaşmış formasını izləmək imkanı əldə edəcəklər. Bir-birindən maraqlı bu konsertlər İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun “Şirvanşahlar Sarayı Kompleksi”ndə, Azərbaycan Milli İncəsənət Muzeyində, Gənc Tamaşaçılar Teatrında və digər mədəniyyət ocaqlarında nümayiş olunacaq. Festival çərçivəsində tanınmış musiqiçilərin ustad dərslərinin keçirilməsi də planlaşdırılır.
“İpək yolu” II Beynəlxalq Musiqi Festivalı iyulun 1-də başa çatacaq.
Xəyalə

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27