“Milyonçunun dilənçi oğlu” operettasının DVD diski buraxılıb - FOTO
“R&D” Yaradıcı İstehsalat Birliyinin dəstəyi ilə Azərbaycanın ən gənc Koroğlusu Ramil Qasımovun iştirakı ilə Süleyman Ələsgərov və Şıxəli Qurbanovun “Milyonçunun dilənçi oğlu” operettasının DVD diski işıq üzü görüb.
Bu barədə Lent.az-a Ramil Qasımovun mətbuat katibliyindən məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının şah əsərlərindən sayılan bu operettanın DVD diskini çıxarmaqda məqsəd tamaşanın dünyasını dəyişmiş müəlliflərinə hörmət əlaməti və əsərin gözəl musiqisini və librettosunu bugünkü nəslə təbliğ etməkdir.
Tamaşada rolları Ramil Qasımov, respublikanın əməkdar artisti Ramiz Məmmədov, solistlər Nərgiz Kərimova, Ələkbər Əliyev, Nadir Xasıyev, Gülcahan Salamova, Cültac Həsənova və başqaları ifa edirlər.
Xəyalə

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27