Gənc bəstəkarın əsərləri dinlənilib
Lent.az-ın məlumatına görə, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşovun rəhbərliyi ilə keçirilən iclasda gənc bəstəkar Türkər Qasımzadənin yeni əsərləri, o cümlədən, Avstriya bəstəkarı Beat Fürrerin piano ilə simfonik orkestr üçün Konserti dinlənilib. İfalardan sonra çıxış edən bölmənin üzvləri Xanlar Novruzov, Sevda Hüseynova, Rüfət Ramazanov, Rüfət Xəlilov, Arzu Məmmədova, Turan Məmmədəliyeva gənc bəstəkarı yeni əsərlərinə görə təbrik edərək, onlarda bir sıra tapıntılar, aydın məntiq, kompozisiya, maraqlı cəhdlər olduğunu qeyd ediblər. Onlar Türkər Qasımzadənin müasir bəstəkarlıq texnikalarından məharətlə istifadə etməsini, yeni axtarışlara can atmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.
Musiqişünas Turan Məmmədəliyeva T.Qasımzadənin “Xəzri” əsərini dramaturji cəhətdən kamil əsər olduğunu qeyd edərək bildirib ki, onun musiqisində vizual ifadəlilik var: “Kino musiqisinə meyllik hiss olunur. Bu, müasir sinematoqraf üçün maraqlı material ola bilər”.
Daha sonra çıxışçılar Beat Fürrerin piano ilə simfonik orkestr üçün Konsertinə də toxunaraq, bu əsərin müasir bəstəkarlıq texnikası baxımından dinləyicilərdə böyük maraq oyatdığını vurğulayıblar. Qeyd edək ki, gənc bəstəkar Türkər Qasımzadə bəstəkarlıq ixtisası üzrə Bakı Musiqi Akademiyasının bakalavr dərəcəsini alıb və ABŞ-da magistratura pilləsini bitirib. O, hazırda Rayko Futinq rəhbərliyi altında ABŞ-da doktoranturada təhsilini davam etdirir.
Xəyalə

1295