Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması
Lent.az-ın məlumatına görə, beynəlxalq təlim Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin birgə təşəbbüsü ilə təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev tədbiri açaraq belə bir mövzuda təlimin keçirilməsinin əhəmiyyətindən danışıb.
BQXK-nın Azərbaycan nümayəndəliyinin başçısı Şerin Pollini “Rəqabət aparan prioritetlər: mədəni sərvətlərin humanitar qanun əsasında qorunması və BQXK-nın Azərbaycanda fəaliyyəti” mövzusunda çıxış edib.
Beynəlxalq ekspert, hüquqi qaydalar üzrə regional məsləhətçi Maria Teresa Dutli 1954-cü ildə “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyası barədə danışıb. Bildirib ki, həmin Konvensiyanın icra mexanizmi kimi işğal zamanı mədəni sərvətlərin qorunmasına dair Protokol da qəbul edilib. Lakin problemin həlli istiqamətində yaranan boşluqlar 26 mart 1999-cu ildə Haaqa Konvensiyasına dair ikinci Protokolun qəbul edilməsi üçün zəmin yaradıb. Maria Teresa Dutli onu da qeyd edib ki, konvensiyaya görə, silahlı münaqişələr zamanı mədəni sərvət və hərbi hədəf xüsusi nişanla ayrılmalıdır.
Qeyd edək ki, Haaqa Konvensiyasının II Protokolu Azərbaycan Respublikası tərəfindən 17 aprel 2001-ci il tarixində ratifikasiya edilib.
Beynəlxalq təlim fasilədən sonra davam edəcək. İkinci hissədə ICOM Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva “Haaqa Konvensiyası və Azərbaycanda onun həyata keçirilməsi sahəsində görülən işlər” mövzusunda məruzə söyləyəcək. Bundan başqa “İsveç: Mədəni irs – ümumi dəyər” adlı mülki müdafiə haqqında DVD diskin təqdimatı və müzakirəsi olacaq.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06