“Yeddi gözəl” Başqırdıstan Opera və Balet Teatrının səhnəsində
İyunun 8-i və 9-da Ufada bu tamaşanın premyerası keçirilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, premyera Rudolf Nureev adına Beynəlxalq balet sənəti festivalının açılışı çərçivəsində baş tutub. Tamaşanın quruluşu baletmeyster Rinat Abuşaxmanov tərəfindən həyata keçirilib. Musiqi rəhbəri və dirijor Rauşan Yakupov, stenoqrafiyanın müəllifi Sankt-Peterburqlu rəssam Varvara Çuvina, işıq üzrə rəssam Sərdar Çarıyevdir.
İyunun 8-də baş tutan ilk premyera anşlaqla keçib və böyük uğur qazanıb. Başqırdıstanın dövlət məmurları da tamaşanı izləyib. Tamaşadan sonra hər kəs “Yeddi gözəl” baleti haqqında sevinc və heyranlığını ifadə edən fikirlər söyləyib.
Rəssam Varvara Çuvina deyib ki, tamaşanın öz bədii səviyyəsinə görə Qara Qarayevin gözəl musiqisinə uyğun olması üçün çox çalışıblar: “Səhnə kostyumlarının rəngarəngliyi, işıq və rənglərin dəyişməsi səhnədə Nizami Gəncəvinin eyniadlı poemasının əsas süjet xəttini ifadə edir. Sehrli və müdrik şərq nağılının səhnə təcəssümünü tam şəkildə ifadə etmək məqsədilə teatrın bütün texniki vasitələri tərəfimizdən bu tamaşa üçün səfərbər edilib”.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06