YUĞ teatrında “Mühacirlər” əsərinin ictimai qiraəti və müzakirəsi keçiriləcək
Bu təşkilatlar Azərbaycanda da belə bir tədbirin keçirilməsi təklifi ilə çıxış edib. Mədəniyyət və Turizm Nazirliyi bu təkliflə maraqlanıb və analoji tədbirin Azərbaycan teatr məkanından ötrü əhəmiyyətli olduğu qənaətinə gəlib. Bu layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə iyunun 10-da YUĞ Dövlət Teatrında S.Mrojekin “Mühacirlər” pyesinin ictimai qiraəti və müzakirəsi keçiriləcək. Teatrın mətbuat xidməti Elçin Cəfərovun Lent.az-a verdiyi məlumata görə, tədbirdə teatrşünaslar, rejissorlar, aktyorlar, dramaturqlar, teatr xadimləri və jurnalistlər iştirak edəcəklər. Tədbirin məhz YUĞ Dövlət Teatrında keçirilməsi isə heç də təsadüfi deyil: “Çünki bütün fəaliyyət müddəti ərzində YUĞ Teatrı dünya teatr məkanına inteqrasiya meylləri, yeniliklərə açıq olması, fərdi yaradıcılıq istiqaməti ilə seçilib. Dünya və Avropa teatr prosesinin mühüm tərkib hissələri olan ustad dərsləri, seminarlar, mühazirələr, forumlar, müzakirələr, disputlar və bu qəbildən olan digər tədbirlər YUĞ Teatrında kifayət qədər sıx keçirilir. Bu tipli tədbirlərin intensiv şəkildə həyata keçirilməsi milli teatr prosesinin inkişafından ötrü çox əhəmiyyətlidir”.
Xəyalə Muradlı
Xəyalə Muradlı
586