Hamlet İsaxanlı: “Münsiflərdən bəziləri əsərləri oxumamışdılar”
06 iyun 2011 17:47 (UTC +04:00)

Hamlet İsaxanlı: “Münsiflərdən bəziləri əsərləri oxumamışdılar”

“Münsiflərdən bəziləri əsərləri oxumamışdılar. Bir-iki nəfər mənimlə söhbətində vaxtının azlığından şikayətlənərək, əsərləri oxumadığını bildirmişdi. Bəziləri isə demişdi ki, əsərləri dili çətin olduğu üçün oxuya bilməyib. Mən onluqdakı əsərlərin hamısını oxumuşam. Oxumasam, Nigara deyərdim ki, mən əsərləri oxumamışam, ona görə də səs vermədə iştirak etmək istəmirəm”.

Bunu Lent.az-a açıqlamasında MKM-in münsiflər heyətində təmsil olunan Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı deyib.

O təşkilatçı Nigar Köçərliyə bildirib ki, bundan sonra münsifləri müəyyən edəndə, siyasi mənsubiyyəti, tərəfi olmayan şəxsləri seçməyə çalışsın. Bu zaman əsərlərə də tam obyektiv qiymət verilər: “Deyirlər, zəng edib tapşırıblar ki, Natiq Rəzulzadə qalib edilsin. Əgər münsiflər tam tərəfsiz adamlar olsa, o zaman qiymətləndirmə zamanı yalnız əsərlərin bədii keyfiyyətləri nəzərə alınar”.

H.İsaxanlı münsiflər heyətinin digər üzvü Rəşad Məcidin “münsiflər heyətinin bir neçə üzvü hansısa bir əsərə böyük bal verərək ön sıraya çıxarıb” sözlərinə də münasibət bildirib. O deyib ki, ötən ilki müsabiqədə də qruplaşma var idi, ola bilsin ki, bu il də müəyyən adamlar məsləhətləşərək bal veriblər: “Ötən ilki müsabiqədə də Qaraqanın birinci olmağı üçün kifayət qədər təbliğat apardılar. Elə Rəşad Məcid də onların ən fəallarından biri idi. Bu il mümkündür ki, münsiflərdən bəziləri müəyyən bir əsər üzərində həmrəylik nümayiş etdirsinlər. ancaq mən qətiyyətlə deyirəm ki, mənə heç kim bir təsir göstərə bilməz. Çünki mən ümumiyyətlə, oradakı münsiflərin əksəriyyəti ilə uzağam”.

Anar Gəraylı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897

Oxşar yazılar