![Azərbaycan musiqisi Berlin Filarmoniyasında səsləndi](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Azərbaycan musiqisi Berlin Filarmoniyasında səsləndi
Konsert Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Neft Şirkətinin dəstəyi, Azərbaycan Milli Musiqi Şurasının, Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Mədəniyyət və Turizm NAzirliyindən Lent.az-a verilən məlumata görə, konsertdən öncə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qonaqları salamlayıb. O bildirib ki, 93 il əvvəl qurulmuş, dövrünün qadınlara siyasi hüquqlar verilməsi kimi ən qabaqcıl liberal ideyalarına söykənən Azərbaycan Xalq Cümhuriyyəti İslam və türk dünyasında ilk dünyəvi dövlət olub. Son 10 ildə Almaniya və Azərbaycan arasında münasibətlərin genişləndiyini deyən səfirin sözlərinə görə, həmin əlaqələrdə mədəniyyətin payı az deyil. P.Şahbazovun sözlərinə görə, Azərbaycan elə bir ölkədir ki, burada musiqi hər bir insanın həyatının bir parçasına çevrilib.
AFR xarici işlər naziri Kornelia Piper və Litvanın Almaniyadakı səfiri Mindauqas Butkus da salamladıqdan sonra konsert başlayıb.
Dirijor Azad Əliyevin rəhbərliyi altında Litva Milli Simfonik Orkestri, solo ifaçılar Fərhad Bədəlbəyli (fortepiano) və Sergey Krılov (skripka) Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranı ifa ediblər. Bundan əlavə, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın ərəb mövzularında orkestrlə fortepiano üçün konserti, Qara Qarayevin “İldırımlı yollarla” baletindən süita və fortepiano ilə orkestr üçün konserti səslənib. Musiqiçilərin ifasından vəcdə gələn tamaşaçılar onları uzun müddət səhnədən getməyə qoymayıblar.
Xəyalə Muradlı

Oxşar yazılar
![“Bədheybət və gözəl” filmi haqqında çox maraqlı FAKTLAR](https://lent.az/storage/news/2024/june/21/big/667590d2055c0667590d2055c21718980818667590d2055b9667590d2055bd.jpg)
“Bədheybət və gözəl” filmi haqqında çox maraqlı FAKTLAR
25 iyun 2024 , 19:14![Səbinə Məmmədova](https://lent.az/storage/news/2024/june/25/big/667a9b1973051667a9b19730531719311129667a9b1973049667a9b197304d.jpg)
“Öpüş səhnələrini imitasiya edirik” – Gənc aktrisa ilə MÜSAHİBƏ
25 iyun 2024 , 16:12![Niyə toydan sonrakı bir ay “Bal ayı” adlanır? - Belə yaranıb](https://lent.az/storage/news/2024/june/25/big/667a946501dc6667a946501dc81719309413667a946501dbc667a946501dc1.webp)
Niyə toydan sonrakı bir ay “Bal ayı” adlanır? - Belə yaranıb
25 iyun 2024 , 15:33![Karyerasına rejissor kimi davam edən ulduzlar](https://lent.az/storage/news/2024/june/22/big/66768d434d95666768d434d957171904544366768d434d95066768d434d953.jpg)
Karyerasına rejissor kimi davam edən ulduzlar
25 iyun 2024 , 14:54![Gələcəyi görə bilən yazıçı haqqında maraqlı faktlar](https://lent.az/storage/news/2024/june/22/big/667671a570fc1667671a570fc21719038373667671a570fba667671a570fbd.jpg)
Gələcəyi görə bilən yazıçı haqqında maraqlı faktlar
25 iyun 2024 , 11:44![Aybəniz Haşımovadan təhsil nazirinə təşəkkür](https://lent.az/storage/news/2024/june/24/big/6679841aa71396679841aa713b17192397066679841aa71336679841aa7137.jpg)
Aybəniz Haşımovadan təhsil nazirinə təşəkkür
24 iyun 2024 , 17:33![“Layiq olmayanlara fəxri adı mən vermirəm ki...” – Xalq artisti](https://lent.az/storage/news/2024/june/24/big/66791f65223d066791f65223d1171921392566791f65223ca66791f65223cd.jpg)
“Layiq olmayanlara fəxri adı mən vermirəm ki...” – Xalq artisti
24 iyun 2024 , 12:31![İsa Məmmədov, Əməkdar rəssam](https://lent.az/storage/news/2024/june/23/big/6677dbd144fa86677dbd144fa917191310896677dbd144fa16677dbd144fa4.jpg)