İtaliyada Azərbaycan mahnılarından ibarət 6 albom satışa çıxacaq
Lent.az-ın məlumatına görə, bu günlərdə İtaliyaya səfər edən musiqiçilərimiz Milan təəssüratlarını bölüşüblər. YUNESKO-nun eksperti, musiqi mütəxəssisi Sənubər Bağırova deyib ki, italyanlar azərbaycanlı musiqiçiləri heyranlıqla dinləyiblər. Onlar həm də təmsilçilərimiz vasitəsilə Odlar Yurdunun bu günü, tarixi ilə bağlı informasiyalar əldə ediblər.
Qeyd edək ki, xanəndəmiz İtaliyada Azərbaycan mədəniyyəti günləri çərçivəsində konsert verib. Səfər çərçivəsində İtaliya “Felmay Corso Moncalieri” şirkəti ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində İtaliyada "Azərbaycanın ənənəvi musiqisi" adı altında 6 albom satışa çıxacaq. Bu albomlardan biri konfransda mətbuat nümayəndələrinə təqdim edilib. Albomda Azərbaycanın milli musiqi alətlərindən kamança, tar, qaval, balaban, nağara və digərlərindən istifadə olunub.
Lalə Yusifqızı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06