“Günay” uşaq teatrı Bolqarıstana gedəcək
Festival xalqlararası mədəni əlaqələrin, beynəlxalq yaradıcılıq münasibətlərinin, sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi, inkişaf etdirilməsi məqsədi ilə təşkil olunub. Festival-müsabiqədə ölkəmizi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən yaradıcılıq studiyasının “Günay” uşaq teatrı təmsil edəcək.
Teatrdan Lent.az-a verilən məlumata görə, balaca artistlər festivalda “Balıqçı və balığın nağılı” tamaşası ilə Bolqarıstan tamaşaçıları qarşısına çıxacaq. Onlar Rusiya, Polşa, Ukrayna, Bolqarıstanın peşəkar mədəniyyət və incəsənət ustalarının təşkil etdiyi ustad dərslərinə də qatılacaqlar.
Xatırladaq ki, “Günay” uşaq teatrı keçən il UNESCO-nun təşkilatçılığı ilə keçirilən Uşaq və Gənclər Teatrlarının 24-cü Beynəlxalq Festivalında da iştirak etmişdilər. Parisdə Tuluza-Daniel Sorano Teatrında keçirilən bu festivalda Ü.Hacıbəylinin “Arşın mal alan” komediyasını göstərən “Günay” uşaq teatrı mədəni ənənələri əks etdirən təsirli və dərin məzmunlu tamaşa üçün xüsusi mükafata layiq görülmüşdü.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06