Azərbaycan “Dost ölkələrin mədəniyyət yarmarkası”nda
Yarmarka, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklər vasitəsi ilə öz ölkələrinin mədəniyyətinin təbliği və tanıdılması üçün Mexiko şəhərinin hökuməti tərəfindən təşkil edilib. Mədəniyyət yarmarkasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan səfirliyi də təmsil olunur.
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən Lent.az-a verilən məlumata görə, Yarmarka Mexiko şəhərinin ən iri və mərkəzi prospektlərindən biri olan “Reforma” prospektində təşkil edilib. Təşkilatçıların bildirdiyinə əsasən, 30 milyonadək əhalisi olan Mexiko şəhərində gündəlik olaraq bir neçə milyon şəhər sakini və turistlər yarmarkanı ziyarət edirlər.
Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, musiqisi, adət-ənənələri haqda məlumatlarla yanaşı, həmçinin ölkə haqda məlumatlar, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə çap və elektron materiallar nümayiş etdirilir və paylanılır. Həmçinin, üzərində ispan dilində “Qarabağ, Azərbaycan”, “Azərbaycan – Odlar diyarı” yazılmış köynəklər, idman papaqları, qolbağılar, fincanlar, divar saatları və digər əşyalar, habelə müxtəlif mili şirniyyat növləri ziyarətçilərə təqdim olunur.
Yarmarkanı ziyarətə gələn Mexiko şəhər sakinləri, çoxsaylı turistlər və Meksikanın kütləvi informasiya vasitələri tərəfindən Azərbaycan üçün ayrılmış əraziyə böyük maraq göstərilir. Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində qalib gəlməyindən sonra, bu marağın xüsusi ilə artdığı müşahidə olunur.
Həftənin bütün günləri açıq olan sərgi zamanı, Azərbaycanın milli musiqisi, rəqsləri, habelə ölkəmizdə turizm imkanlarından bəhs edən videoçarxlar göstərilir.
Sözügedən tədbir ümumən Azərbaycanın təbliği və təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23