Aşıq Ələsgərin 190 illiyi Moskvada qeyd edildi
Nə sevda tapıbsan, nəyə talıbsan?
Hansı qəflətdəsən, gəl, qoca baxtım!
Ya məndən küsübsən, ya qocalıbsan,
Bu sınıq könlümü al, qoca baxtım!
Moskvada Aşıq Ələsgərin 190 illik yubileyi ilə bağlı anım gecəsi keçirilib. “Millətlər Evi”nin kiçik zalında “Ocaq” cəmiyyəti və “Şəhriyar” ədəbi məclisinin birgə təşkil etdiyi, qəbri dağıdılmış, eli didərgin düşmüş Dədə Ələsgərin anım mərasimində bu nisgilli anlar yaşandı. İki əsr əvvəl İrəvan mahalının Göyçə mahalında doğulan şairin bu gün Vətənində eli, qəbiristanda məzarı qalmayıb. Bəlkə yaradıcılıq gecəsinin təntənəsinə sevincdən daha çox nisgil hisslərin qatan da bu məqam idi.
Yığıncağı giriş sözü ilə “Ocaq” cəmiyyətinin sədri, professor Tofiq Məlikli açaraq, əvvəlcə Aşıq Ələsgərin anadan olmasının 190 illik yubileyini qeyd etməyə toplaşanları və Azərbaycan xalqını “Eurovision-2011” müsabiqəsində qalibiyyətimiz münasibətilə təbrik etdi. Sonra gecənin əsas məqsədinə qayıdaraq “aşıq aşiq deməkdir, o həm qadına, həm təbiətə vurğun ola bilər” dedi: “Aşıq Ələsgər yaradıcılığının əsas ana xəttini də qadına məhəbbət və təbiəti tərənnüm hissləri təşkil etdiyini görürük. Azərbaycan ədəbi dilinin bütün sirlərinə vaqif olan aşığın ədəbi irsinə müraciət edəndə, onun çoxşaxəli və zəngin olduğunu görürük. Səməd Vurğun “Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram, altında Dədə Ələsgərdən bir nişanə görürəm” deyirdi. Xatirələr hər zaman uzun olub və Aşıq Ələsgərin xatirələrindən gecə-gündüz danışsaq da bitməz”.
Şair Nəsib Nəbioğlu Azərbaycanı mahal-mahal gəzən aşıq Ələsgərin Kəlbəcərlə bağlı xatirələrindən danışdı. Aşığın kəlbəcərli Nağının qızı Anaxanımla evləndiyini söyləyən Nəsib Nəbioğlu onun hər şənlikdə bir qıza şeir həsr elədiyindən, bunun nümunəsi olaraq “Güləndam”, “Pəri”, “Müşgünaz” və s. qoşmalarını misal gətirdi: “Göyçə ilə Kəlbəcəri bir dağ ayırır. Aşıq Ələsgər o dağ gədiyindən keçərək tez-tez Kəlbəcərə qonaq olub və ona görə də, kəlbəcərlilər onu öz aşıqları sayıblar və onunla bağlı xatirələri də çoxdur”.
“Şəhriyar” ədəbi məclisinin rəhbəri Vasif Məmmədov isə bildirib ki, Azərbaycan ədəbi-mədəni irsinə üç şəxs üç şeyi bəxş edib: “Sadıqcan kimi tanınan Mirzə Sadıq bizə tarı qaytardı, Habil Əliyev kamanı, Aşıq Ələsgər isə aşıq-ozan sənətini”.
Şair Əliş Əvəz isə onun dodaqdəyməz, müxənnəs, qoşma, gəraylı, cığalı təcnislərindən, sözü, qafiyələri işlətmə məqamlarından danışaraq, Aşıq Alının tələbəsi olan Dədə Ələsgərin oxu-yazı bilməməsinin onun savadsız olması ilə bağlanması ilə tam təzad təşkil etdiyini vurğuladı: “Əslində ərəb, fars birləşmələrindən elmi səviyyədə istifadə edən aşığın yazı-pozu bilməməsi heç də inandırıcı deyil”.
Tədbir boyu Aşıq Ələsgərin sözlərinə bəstələnmiş mahnılar və aşıq musiqiləri səsləndi. Tarzən Sadıqcanın nəvəsi Vaqif Sadıqovun tarda, Abbas Ağdabanlının sazda “Yanıq Kərəmi”, Orxan Əliyevin “Ruhani”si, Moskvadakı 157 saylı Azərbaycan məktəbinin Aşıq Ələsgərin şeirlərindən hazırladığı kompozisiya alqışlarla qarşılandı.
Gecənin sonunda Aşıq Ələsgərin nəticəsi Nazim bu yubileyi təşkil edənlərə minnətdarlığını bildirdi. Aşığın kötücələri - kiçik yaşlı Aslan, Kamran, Seymur da dədələrinin şeirlərini söylədilər.
Tədbirlə Azərbaycanın Moskvada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri də iştirak edirdilər.
Tünzalə Vəliqızı
Moskva , “Yeni səs” qəzetinin baş redaktoru

1275