Rusiya kanalında “Eurovision”la bağlı verilişdə Azərbaycanın adı Ermənistan bayrağı altında göstərilib
Rusiyanın ORT telekanalında yayımlanan “Pust qovaryat” verilişinin sonuncu nömrəsi “Eurovision-2011”a həsr olunub. APA-nın Düsseldorfa ezam olunmuş müxbirinin məlumatına görə, həmin veriliş Rusiyanın tanınmış aparıcısı Andrey Malaxovun aparıcılığı ilə baş tutub.
Verilişdə bəzi xoşagəlməz məqamlar baş verib. Belə ki, proqramda “Eurovision-2011” müsabiqəsinin finalında çıxış edəcək ölkələrdən də bəhs edilib və hər ölkə təmsilçisinin ifasından fraqmentlər nümayiş etdirilib. Gözlənilməz olsa da, Azərbaycan təmsilçiləri Eldar və Nigarın ifasından fraqment nümayiş olunduqdan sonra, Azərbaycan adı Ermənistan bayrağı altında göstərilib.
Azərbaycan media mənsubları Rusiya nümayəndə heyətini xəbərdar etdikdən sonra, hazırda Düsseldorfda olan ORT-nin aparıcısı və Rusiyanın “Eurovision” üzrə şərhçisi Yana Çurikova bu məsələdən dolayı Azərbaycan xalqından üzr istəyib: “Bu məsələdən biz xəbərsizik və hər birinizdən üzr istəyirik. Bu hansısa bir montajçının diqqətsizliyidir və bundan Andrey Malaxov da xəbərsiz olub. Biz bu vəziyyəti düzəltmək üçün ORT-nin rəsmi saytında dəyişikliklər edəcəyik. Eyni zamanda bu yanlışlığa görə bu gün axşam canlı yayımda şərh zamanı Azərbaycan xalqından üzr istəyəcəyəm”.

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23