ADU-da “Milli cazın xüsusiyyətləri” adlı tədbir keçirilib - FOTO
Lent.az-ın məlumatına görə, tədbirdə universitetin “Türk dünyası” Folklor Mərkəzinin rəhbəri Rəna Salehova qeyd edib ki, aprel ayı ABŞ-da caz ayı kimi qeyd olunur.
Musiqişünas Farizə Babayeva çıxışında aprel ayının həm də məşhur musiqiçilər, Azərbaycanda caz sənətinin yayılmasında müstəsna xidmətləri olmuş Rafiq Babayevin doğum ayı olduğunu deyib. Cazın folklorla əlaqəsindən danışan F. Babayeva bildirib ki, caz mədəni potensial olan yerdə mövcuddur. Milli cazın yaranma tarixi haqqında qonaqlara məlumat verən F. Babayeva adıçəkilən musiqi növünün ölkəmizdə yaranması və yayılması şəraiti haqqında da danışıb. O, Azərbaycanın görkəmli caz ustaları haqqında da məlumat verərək deyib ki, Azərbaycanda bu musiqi növünün yayılıb inkişaf etməsində Tofiq Quliyev, Niyazi, Vaqif Mustafazadə, Rauf Hacıyev, Rafiq Babayev kimi görkəmli bəstəkarların böyük əməyi var.
Tədbirdə Tofiq Quliyevin Azərbaycanda caz sənəti haqqında dedikləri video-süjet şəklində qonaqlara təqdim olunub.
Sonra tədbir “Azərbaycanda caz” mövzusunda diskussiya ilə davam etdirilib. Professor Rəhman Bədəlov, politoloq Toğrul Cuvarlı, Avropa Mədəniyyət Parlamentinin üzvü Cahangir Səlimxanov, kinoşünas Ülvi Mehdi, mədəniyyətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Turan Məmmədəliyeva, caz ustası Salman Qəmbərovun iştirak etdiyi diskussiyada milli cazın problemləri, perspektivləri müzakirəyə çevrilib.
Tədbirdə iştirak edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov maraqlı diskussiyaya görə iştirakçılara təşəkkürünü bildirib. Cazı mədəniyyətin əsas növlərindən biri adlandıran S. Seyidov bu kimi görüş və diskussiyaların vacibliyini vurğulayıb.

Oxşar yazılar

Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25
Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19