“Azərbaycan xalçaçıları” İctimai Birliyi təqdim olundu
Lent.az-ın məlumatına görə, tədbirdə ABŞ, Özbəkistan, Belarus, Latviya, Polşa, Qazaxıstan və digər ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər. Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov Azərbaycanın daim qonşu ölkələrlə, xüsusən də qonşu türkdilli dövlətlərlə mədəni, siyasi, iqtisadi əlaqələr qurduğunu və bu əlaqələrin inkişaf etdiyini deyib. O bildirib ki, Azərbaycanda “Xalçaçılıq haqqında” qanunun qəbul olunması ölkəmizin xalça sənətinə dəyər verməsinin bariz nümunəsidir.
Muzeyin direktoru Röya Tağıyeva məlumat verib ki, 2009-cu ildə təsis edilmiş və 2010-cu ildən fəaliyyətə başlamış “Azərbaycan xalçaçıları” İB Azərbaycan xalqının milli xalçaçılıq ənənələrinin qorunub saxlanması, inkişafı, tanınmış incəsənət xadimlərinin yaradıcılıq potensialının birləşdirilməsi, istedadlı uşaq və gənclərin dəstəklənməsi məqsədilə yaradılıb. Bu gün geniş tamaşaçı kütləsinə təqdim edilən “Özbəkistan bədii sənətkarlığı: ənənələr və müasirlik” adlı sərgi adı çəkilən birliyin, “Özbəkistan Mədəniyyət və İncəsənəti Fondu” Forumunun və Özbəkistanın “Meros Əntiq Əşyalar Assosiasiyasının birgə əməkdaşlığının məhsuludur.
“Özbəkistan bədii sənətkarlığı: ənənələr və müasirlik” adlı sərgidə Özbəkistan mədəniyyətinin toxuculuq, bədii-tikmə, keramika, ağac üzərində oyma, milli geyim, zərgərlik və digər sənət nümunələri nümayiş etdirilir.
Xəyalə

976