Rafael Dadaşov: “Mən hələ partlayışa hazır deyiləm...” - MÜSAHİBƏ
...Ona birinci dəfəydi zəng edirdim. Müsahibə almaq istəyimi bildirmək üçün. İkinci zəngim isə artıq müsahibənin saatını və yerini dəqiqləşdirmək məqsədilə oldu. Düzü, bu iki telefon danışığından sonra yalnız efirdən, film və tamaşalarından tanıdığım aktyor bir qədər özündən razı, hətta söhbətcil olmayan biri kimi gəldi mənə. Əslində buna görə onu qətiyyən qınamadım. Hətta müəyyən qədər haqq da qazandırdım. Niyə də elə olmasın? Sənətkarlığı, aktyorluğu, lap elə bir vaxtlar – ötən əsrin 70-80-ci illərində kumir sayılacaq qədər məşhurlaşmağı...
Amma müsahibə başlayan zaman, daha çox da sonrakı söhbət əsnasında ilkin təəssüratlarımda yanıldığımı gördüm. Onun haqqında olan fikirlərimi alt-üst etdi. Düşündüyümdən fərqli olaraq, heç də özündən razı deyildi və olduqca səmimi həmsöhbət idi...
Əslində, onunla həyatının müxtəlif dönəmləri barədə söhbət etmək istəyirdim. Ancaq elə ilk sualdan da söhbət hazırda donmuş vəziyyətdə görünən yaradıcılığından düşdü və o axarda davam etdi. Beləliklə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafael Dadaşovun Lent.az-a verdiyi müsahibəni təqdim edirik.
- Xeyli vaxtdır təmirdə olan teatra köçəndən sonra sizə yeni bir rol verildi - “Lənkəran xanın vəziri” tamaşasında... (sözümü kəsərək)
- Mən artıq o tamaşada yoxam. Çıxmışam. Ağa Bəşir mənə yaraşan rol deyildi. Onunla elə rəftar edirlər ki, elə bil nökərdir.
- Amma əvvəldən rolu qəbul etmişdiniz deyəsən. Çünki rolların siyahısında adınız vardı.
- Yox, heç məşq də etmədim. Sadəcə o araşdırma bir az vaxt apardı ki, nə üçün, niyə belə...
- Nə üçün, niyə belə?
- (çiyinlərini çəkir) İstədilər səhnədə olum, daha belə rolla yox da. Əgər səhnədə olmalıyamsa, heç olmasa məsələn Xan olaydım da. Yoxsa üç kəlməlik epizodda yox. Bu, tendensiya xarakterlidir də. Mariya Tüdorun əsəri əsasında hazırlanan “Qadın məhəbbəti” tamaşasında da üç kəlməlik sözüm var. Ramiz Məliklə mənə Kansler rolu verilib. Görüşəndə də zarafatlaşırıq – “salam, Kansler” (gülür). Heç bilmirik onun taleyi nə olacaq.
- Vəssalam?
- Vəssalam. Bugünkü gündə yaradıcılıq demək olar ki, heç dərəcəsindədir. Görək də. Atalar üçdən deyib. İkisi belə getdi. Görək üçüncüsü nə olacaq? Üçüncüsü də odur ki, “Hamlet”i bərpa edirlər.
- Birincidən imtina etdiniz, ikinciyə nə əcəb razılıq verdiniz?
- Baxaq da. Hələ elə bir ciddi iş də başlamayıb. Gedişatda məlum olacaq. Bilirsiniz, bizim belə rollar oynayan vaxtımız deyil. Nə Ramizin, nə mənim, ümumiyyətlə, o sənətkarların ki, 30 ildən artıqdır bu teatrda çalışırlar. Şəxsən mən 35 ildən çoxdur bu teatrdayam. Səhnəyə çıxmaq başqa şeydir, nəylə gəldi səhnəyə çıxmaq tamam başqa. Teatra təzə gələndə nəylə gəldi səhnəyə çıxa bilərsən ki, görsünlər, maraqlansınlar. 35 ildir səhnədə olan xalq artistinin nəylə gəldi səhnəyə çıxması düz deyil axı. Ona görə razılaşmırıq. Amma abu-hava hardan gəlir, külək hardan əsir, niyə belədir? Hələ ki aydınlaşdıra bilmirik. Hər halda rejissorlar tərəfindən bu münasibət ürəkaçan deyil. Mən hətta rejissora dedim ki, bizim o vaxtımızdır ki, adımızla afişa buraxılmalıdır. Biz tamaşaçı gətirən aktyorlardanıq. Bu rolları bizə verməklə tamaşaçını teatrdan qaçırdırsınız. Hansı tamaşaçı Rafael Dadaşovu cılız bir obrazda görmək istər? Mən inanmıram elə bir tamaşaçı tapıla. O söz düz deyil ki, aktyor hər rolu oynamalıdır. Rolu oynamalıdır da. Rolun böyük-kiçiyi yoxdur. Amma bunlar rol deyil axı, epizodlardır. Üç kəlməylə rol olar? Şahın yanında nizə tutan gəlib şaha deyirsə ki, “şah sağ olsun, filankəs yanınıza gəlib, buraxaq?” bu roldur? Yox. Deyim ki, nəsə yeni bir söz deyəcəm, tamaşaçı üçün gözlənilməz bir şey olacaq, yox. Teatr bağlanana qədər nə etmişdiksə, odur. Amma açılışdan bəri şəxsən mənim üçün elə bir yenilik yoxdur.
- Təbii ki, teatrın açılışında olmusunuz. Göstərilən tamaşanı bəyəndinizmi?
- Bu tamaşa mənə çox tanış və çox yaxındır. Çünki İbrahim xanı vaxtilə mən oynamalıydım. 1996-cı ildə bu rolu 50 illiyimlə əlaqədar hazırlayırdıq. 7 ay məşq etdim. Tamaşanın ictimai baxışı da oldu. Məzuniyyətdən sonra hər şey Bakı küləyi kimi dəyişdi.
- Nə baş verdi?
- İlyas Əfəndiyev bu tamaşa ilə yubileyimin keçirilməsindən imtina etdi. Bilmirəm, ona kim təsir etmişdi. Halbuki özü əvvəldən xeyir-dua vermişdi, fikri bəyənmişdi. “Hökmdar və qızı” adı ilə afişalar buraxıldı, dəvətnamələr, proqramlar çap olundu. Özü də hamısı mənim şəxsi vəsaitimlə. Sadəcə nəsə dəyişdilər fikrilərini. Dedilər adi tamaşa kimi oyna. Doğrudan çox pərişan oldum. Dedim axı afişalarda yazılacaq “Rafael Dadaşov-50”. Dedilər o afişaları vurmayacağıq, proqramlar paylanmayacaq. O baxımdan İbrahim xan mənə tanışdır. O tamaşanın quruluşunu, gedişatını bilirəm. Amma açılışda yeni bir söz deyilmədi. Sadəcə bir balaca təmtəraq oldu.
- Amma tamaşanın uğursuzluğu o təmtərağı məhv etdi. Daha doğrusu, gözlədiyimizin əksinə, pərişan olduq.
- Çünki yeni bir şey görmədiniz. Köhnə bir şeyi meydana çıxaranda gərək onun pasını elə təmizləyəsən, elə parıldadasan ki, insana yeni kimi görünsün. Sadəcə bir az dekorasiyanın formasını, adını və aktyorları dəyişdilər. Amma keyfiyyətcə heç bir yenilik olmadı. Hətta mən deyərdim ki, məşq etdiyim vaxtda bu tamaşa çox güclü qoyulmuşdu. Ona görə yox ki, mən məşq edirdim. Birinci dəfə qoyulurdu deyə bütün ehtiras, bacarıq, qüvvə ona verilmişdi. Qarabağ haqqında bir hekayət idi. Amma indi köhnə tamaşanın zəif variantını ortalığa çıxardılar. Mənim aktyor yoldaşlarıma heyfim gəlir ki, bu qədər vaxt, güc sərf ediblər. Zarafat deyil, 7 aydan çox məşq ediblər. Faydası nədir? Ümumiyyətlə, teatrda gərək onluğa vurasan. Təəssüf ki, onluğa vurmadılar. Hələ bir tamaşadır. Görək “Lənkəran xanının vəziri” necə olacaq. Hər halda “Qarabağnamə” səs salmadı.
- Yubileydən söz düşmüşkən, bu il də sizin yubiley ilinizdir. Yanvarda 65 yaşınız oldu.
- Bəli. Sadəcə hörmətli nazirin belə qərarı olub ki, orta yaşlar qeyd olunmur. 60 illiyim burda qeyd olundu. İndi gərək 70-i gözləyək, Allah ömür versin.
- Amma bu yaşın əlamətdar bir tarixə çevrilməsi üçün məsələn, yaxşı bir rol ifa etmək olar.
- Düzdür, əslinə qalsa elə olmalıdır. Aktyorun müəyyən tarixi gününü gərək nə iləsə qeyd edəsən. Bayaq dediyim kimi, 50 illik yubileydə Mərahim Fərzəlibəyov təklif etdi ki, yubileyimi İbrahim xan rolu ilə qeyd edək. Yəni, yubileyimi tamaşa ilə qeyd edəcəkdim. Amma sən saydığını say, gör fələk nə sayır. Qismət olmadı o 50 illik mənə. Amma Naxçıvanda Vasif Talıbovun böyük köməyi ilə yubileyim qeyd olundu. Çox sağ olsun. Anamın (xalq artisti Sofiya Hüseynova – X.M) 70 illik yubileyi oldu, onda mən də söz atdım ki, 50 illik olur. Ondan 1 il sonra xəbər göndərdim. Halal olsun, çox yüksək səviyyədə, gözlədiyimdən də artıq şəkildə yubiley tədbiri düzənləndi. Burdan nə qədər sənətçi getdi, Naxçıvanın mədəniyyət aləmi iştirak etdi. Yəni, hardasa bununla təskinlik tapdım. Amma ürəyimdə yara, xal qaldı axı. 7 aylıq zəhmətim hədər getdi. Yeni quruluşda hazırlananda da Mərahimə dedim ki, nəbadə o rolu mənə verəsən. Bəlkə də verərdi. Ona görə rejissoru qabaqladım. Amma istəmirəm. Daldan atılan daş topuğa dəyər. Aktyorlar qara fikirli deyillər, amma nəsə olanda onu yaddan çıxarmırlar. Məsələn, “Afət” tamaşasında mənə Afətin əri Özdəmir rolu verilmişdi. Hardasa 20-25 dəqiqə səhnədə oluram. Mən tamaşanın rejissoru Mehriban Ələkbərzadəyə sual verdim ki, “nə əcəb bu rolu mənə vermisiniz?” Maraqlandım, çünki Afətin sevgilisi Qaratay rolu da mənə yaraşırdı. Dedi, “mən onun ərini sənin kimi görürəm, onun əri belədir”. Dedim “yaxşı, belə əri olan qadın niyə xəyanət edir? Deməli sevgilisi ondan da artıq biri olmalıdır. Belə ərə xəyanət etmək olar?” Sonradan Qaratay obrazından Fuad Poladov imtina etdi. Onda Mehriban xanım məni yanına çağırdı ki, Qaratayı mən oynayım. Dedim “niyə? Axı məni onun əri obrazında görürdüz. Qaratay obrazında görürdüzsə, əvvəldən verərdiz də”. Razı olmadım. Elə Özdəmir rolunda oynadım. Demək istəyirəm ki, aktyora rolu vaxtında vermək lazımdır. “Ordan-burdan” televiziya tamaşasında Həmid obrazı da mənə əvvəldən verilməmişdi. Fəxrəddin Manafov o rola çəkilirdi. Üstündən xeyli keçəndən sonra Ramiz Həsənoğlu dedi ki, “mənə irad tutmağa ixtiyarın var. Amma Həmid rolunu gəl sən oyna”.
- Fəxrəddin Manafov niyə sonradan imtina etmişdi ki?
- Dəqiq bilmirəm. Bəlkə obyektiv səbəbi olub, ya Yaşarla dueti tutmayıb. Açığını deyim ki, Yaşarın xətrini o qədər çox istəyirəm. Allah ona şəfa versin! Böyük sənətkarımızdı. O məndən xahiş etdi ki, birlikdə oynayaq. Yaşarla da mənim duetim alınır. Teatra gələndən bir neçə duetimiz olub. Yaşar çox təkid edəndən sonra razılaşdım. “Hamlet”də kral obrazını da mənə verməmişdilər. Özü də hələ əmr asılmamışdan qabaq Azər Paşadan xahiş etmişdim ki, o rolu mənə versin. Hətta rəhmətlik Həsən Turabova da bu istəyimi dedim. Əmr asıldı və rol Abbas Qəhrəmanova verildi. 8 ay məşq etdilər. Mən də onda “Fedra”da şah rolunu məşq edirdim. Həsən Turabov çağırdı ki, “get, kralı məşq et”. Sadəcə bu dəfə razı olmağımın səbəbi o idi ki, kral rolunu oynamaq mənim arzum olub. “Yox” deməyə ixtiyarım vardı. Amma istədiyim üçün imtina etmədim.
- Deyəsən sizin sənət həyatınızda belə hallar çox olub. Elə dördünü indi danışdınız.
- Bu da bizim səhnə, sənət həyatımızdır da. Burda da müəyyən mübarizələr var. Əliağa Ağayev demişkən “burda bir küləklər əsir, bir axınlar var ki...” (gülür) Adamı hərdən çox incidir, çox pərişan edir. Məsələn, hazırda mən çox narazıyam. Müəyyən müddət rol oynamasam, yaşım da gedir axı. Özü də mən ürək əməliyyatı olmuşam. Nə bilirəm sağlamlığım məni hələ nə qədər saxlayacaq. Hər halda hələlik yeni bir şey yoxdur.
- Eşitdiyimə görə, bir müddət əvvəl İsrafil müəllim sizə töhmət verib.
- Çox düzgün olmayan fikirdir ki, “qoy o birilər görsün ki, səni də bu formada cəzalandırıram”. Yox, töhmət verilməyib, xəbərdarlıq yazılıb. Mənə – xalq artisti, prezident təqaüdçüsünə xəbərdarlıq yazıldığını gənc aktyorlar, tələbələrim görəndə bu mənim nüfuzumu aşağı salmırmı? Bir də ki, bizə nə töhmət? Həmin o gün “Lənkəran xanının vəziri” tamaşasının məşqi idi. Mən də zalda oturmuşam. Açığı gözləyirəm ki, mənə verilən o epizodun yeri gələcək. O da mənə və Elxan Quliyevə verilib. Başlayanda Elxana deyəcəydim ki, o çıxsın səhnəyə. Mən iki saat zalda oturdum. 5-in yarısında teatra gəlmişdim. 7-nin yarısı fasilə verdilər. Elxana dedim, mən halsızam, əgər başlasa, sən burdasan, oynayarsan. Sabah gəlib görürəm ki, “məşqi kobud şəkildə pozduğuna görə Rafael Dadaşova xəbərdarlıq edilsin”. Guya hamıya şamil edilir, ayrı-seçkilik qoyulmur. Mən 35 ildən çoxdur işlədiyim bu teatrda indiyədək xəbərdarlıq almamışdım. Özü də teatrda ola-ola. Bilirsiniz, bu münasibət heç xoşagələn deyil. Mən hörmətli nazirimizə də bu barədə çatdırmışam. Hətta açığını deyim, eşitdirmişəm ki, teatrdan getmək istəyirəm. Hardasa başqa iş məsləhət bilərlər, işləyərəm. İşləmək istəyirəm, imtina etmirəm. Amma artıq bu vəziyyətdə olmur. Məsələn, dur, gəl, səhər-səhər burda qeydiyyatdan keç. Niyə? Əgər mənim məşqim, tamaşam yoxdursa, niyə mən səhər tezdən gəlib kartla keçib qeydiyyata düşməliyəm? Bunu cavanlar üçün et ki, qoy onlar məsuliyyət hiss etsinlər. Bizim üçün nə qeydiyyat? Artıq biz qeyd olunmuşuq da.
- Bu, belə əsaslandırılır ki, kimliyindən asılı olmayaraq hamı işə vaxtında gəlməlidir.
- Bizdə konkret iş saatı yoxdur. Məşqin, tamaşan var – bu, bizim konkret iş saatımızdır. Əgər mənim məşqim, tamaşam yoxdursa, nə iş saatı? Mən cavanlıqda evdə tapılmırdım. Səhər evdən çıxırdım, bir də gecə qayıdırdım. Səhər məşq, günorta televiziyada məşq, axşam da tamaşa. Və bu, illərlə belə davam edib. Bilirsiniz, belə nüanslar insana mənfi təsir edir. Şükür Allaha, indi bu, aradan götürüldü, yəni işin var gəl, işin yoxdursa, gəlmə. Çünki gördülər narazılıq var.
- Niyə bütün aktyorlar İsrafil müəllimdən çəkinir, yanına girib açıq fikrinizi demirsiniz?
- Məsələn, “Lənkəran xanının vəziri” tamaşasındakı rolla bağlı dedim ki, oynamayacam. Ərizə yazdım çıxdım. Konkret bu, hardasa partlayacaq. Ola bilməz belə getsin. Düzdür, özünün dediyinə görə, çalışır xaricə çıxaq, qastrollara gedək. Bunu görməmək insafsızlıqdır. Amma hansı tamaşa ilə gedəcəyik? Məsələn, mən nökər fason rolla çıxacam xarici tamaşaçıların qarşısına? Yoxsa Yuğ Teatrının aktyorları Akademik Dram Teatrını təmsil edəcək? Yaxşı rol olmalıdır ki, aktyor oynasın, özünü təsdiq etsin. Bir də sənə münasibət başqa cür olmalıdır. Səthi münasibət aktyorun qol-qanadını qırır. Aktyoru ruhlandırmaq lazımdır. Bir neçə gün əvvəl İsrafil müəllim bizi yığdı – mən, Ramiz Məlik, Ramiz Novruzov, Hacı İsmayılov. Oturduq söhbət etdik. İsrafil müəllim də bir təklif etdi ki, bəlkə özünüz bir əsər tapasınız. Teatrın özəyi olan sənətkarları orda oynasın. Soruşdum “niyə kansler rolunu mənə vermisiniz?” Dedi “rolları mən bölmüşəm”. Hələlik onu dedim ki, “bu yeri məşq edəndə bizi çağırın. Biz bütöv məşqlərə gəlməyəcəyik”. Belə çıxır ki, nə olur olsun, məşğul ol. Ad olsun ki, bütün aktyorlar məşğuldurlar. Mən bircə onu bilirəm ki, bizim nəsil aktyorların çoxunun ürəyində xal var. Hələlik açıq mübarizəyə keçməmişik. Bizimlə oynamaq olmaz. Qətiyyən.
- Açıq mübarizəyə başlasanız, neyləyəcəksiniz ki?
- Açıq mübarizəyə başlasaq, media qarışacaq, mətbuat konfransları olacaq. Hər halda demonstrativ səviyyə alacaq. Hələlik ona çatmayıb. Açığı, mən hələ partlayışa hazır da deyiləm. Amma belə getsə, yəqin ki, partlayış olacaq. Gözləyək də. Teatr hələ təzə açılıb. Səbir edək. Görək yeni teatr mövsümü necə başlayacaq. Sentyabrdan sonra necə hərəkət edəcəyimiz bilinəcək – ya döz, ya da poz. Hələ vaxt var. Bəlkə elə zaman yaralarımızı sağaldacaq?!
Xəyalə MURADLI

1522