“Anadolu atəşi” yenidən Bakıda
18 mart 2011 12:37 (UTC +04:00)

“Anadolu atəşi” yenidən Bakıda

Heydər Əliyev Sarayının mətbuat xidmətinin rəhbəri Anar Fərəczadənin Lent.az-a verdiyi məlumata görə, hazırda konsertin keçiriləcəyi vaxt dəqiqləşdirilir. A.Fərəczadə konsertin təxminən aprelin sonuna planlaşdırıldığını əlavə edib.


Qeyd edək ki, bu məşhur rəqs qrupunun Bakıya ikinci səfəri olacaq. Kollektiv bir neçə il öncə saray səhnəsində çıxış edib.


2001-ci ildə Türkiyədə fəaliyyətə başlayan "Anadolu atəşi"nin 175 nəfərdən ibarət heyəti var. Qrupun rəhbəri Mustafa Ərdoğandır.

Onu da qeyd edək ki, Mustafa Ərdoğan məşhur müğənni Gülbən Ərgənin həyat yoldaşıdır.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887

Oxşar yazılar