Çılpaq insan bədənlərindən çiçək
ABŞ-ın Los-Ancel şəhərində yaşayan 25 yaşlı fotoqraf Cecelia Vebber çılpaq insan bədənlərinin görüntüsündən əldə etdiyi pozaları kompüterdə çiçək formasına salır.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, kompüterdə on saatlarla çalışan Cecelia Vebber arxa-arxaya duran onlarla insanın bədəninə yaşıl rəng effekti verərək yarpağa, əllərini açılmış şəkildə görüntülənən pozaları isə qırmızı, yaxud bənövşəyi rənglə çiçəyə oxşadır.
Ortaya ayıçiçəyi, can çiçəkləri, gəlinciklər çıxır. Bir dənəsi 700 dollara müştəri tapan bu fotoşəkillərdə çılpaq bədənin sərhədlərini gözlə görmək çətin deyil. Lakin insanın bunun üçün şəklə çox diqqətlə baxması lazımdır.
Cecelia Vebber bildirib ki, bir mənzərə üçün ən azı 50 poza çəkir və bəzən bir şəkil üçün 2 ay çalışır: “Görənlər bəyənəndə bütün yorğunluğum çıxır. Mən insanların öz bədənlərinə fərqli baxmalarını təmin edirəm”.

1520