“Xocalı soyqırımı” sərgi-müsabiqənin açılışı oldu
25 fevral 2011 16:14 (UTC +04:00)

“Xocalı soyqırımı” sərgi-müsabiqənin açılışı oldu

Lent.az-ın məlumatına görə, mərasimi giriş sözü ilə Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov açaraq, sərgi-müsabiqə barədə məlumat verib. O bildirib ki, rəsm və rəngkarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və müasir incəsənət nominasiyaları üzrə keçirilən müsabiqə 125 əsər təqdim olunub. Onlardan 82-si birinci mərhələyə keçib.

Fərhad Xəlilov bu əsərlərin bir həftə ərzində sərgilənəcəyini, qaliblərin də bu müddət ərzində müəyyənləşəcəyini deyib. İttifaq sədri Xocalıda baş verən hadisələri, ermənilər tərəfindən törədilmiş soyqırımı cinayətlərini əks etdirən təsviri sənət əsərlərinin Azərbaycan rəssamlarının yaradıcılığında mühüm yer tutduğunu vurğulayıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev nazirliyin tabeliyində olan bütün qurumlar tərəfindən Xocalı soyqırımına həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. Belə bir müsabiqənin əhəmiyyətindən danışandan Ədalət Vəliyev qeyd edib ki, nazir Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən nazirlik Rəssamlar İttifaqı ilə birlikdə bu sərgi-müsabiqəni elan edib.

Nazir müavini onu da vurğulayıb ki, qalib əsərlər müxtəlif beynəlxalq sərgilərdə nümayiş olunacaq.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birinci yer üçün 2000 manat, ikinci yer üçün 1500 manat, üçüncü 1000 manat ayrılıb, 300 manat məbləğində həvəsləndirici mükafat müəyyən edilib. Təqdim olunmuş əsərləri Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirəcək və ən yüksək bədii əhəmiyyətə malik əsərlərin müəllifləri müvafiq nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 910

Oxşar yazılar