“Xocalı soyqırımı” adlı sərgi-müsabiqənin açılışı olacaq
Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2011-ci ildə nazirlik Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə “Xocalı soyqırımı” respublika sərgi-müsabiqəsi elan edib. Müsabiqə rəsm və rəngkarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və müasir incəsənət nominasiyaları üzrə keçirilib. Sərginin açılışından sonra Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti sərgi-müsabiqəyə təqdim olunmuş əsərləri qiymətləndirəcək və ən yüksək bədii əhəmiyyətə malik əsərlərin müəllifləri müvafiq nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birinci yer üçün 2000 manat, ikinci yer üçün 1500 manat, üçüncü yer üçün 1000 manat və 300 manat məbləğində həvəsləndirici mükafat müəyyən edilib.
Xəyalə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birinci yer üçün 2000 manat, ikinci yer üçün 1500 manat, üçüncü yer üçün 1000 manat və 300 manat məbləğində həvəsləndirici mükafat müəyyən edilib.
Xəyalə
739