Rəşad Məcid: “Səməd Seyidovun kitabı stolüstü kitabımdır”
Millət Vəkili, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidovun Yazıçılar Birliyinə üzv olması xəbəri ictimaiyyət üçün gözlənilməz oldu. Xəbərin siyasi, ictimai, xüsusilə də ədəbi çevrə tərəfindən qəribə qarşılanmasının səbəbi S.Seyidovun indiyə qədər ədəbiyyata, ədəbi karyeraya iddialı olmaması, ümumiyyətlə, bu sahədə özünü sınamaması idi.
Məsələnin əslini öyrənmək üçün Yazıçılar Birliyinin katibi Rəşad Məcidə telefon açdıq. Rəşad Məcid Lent.az-a açıqlamasında bildirdi ki, Səməd Seyidovun rus dilində yazdığı “Fenomenoloqiya tvorçestva” (“Yaradıcılığın fenomenologiyası”) kitabı YB-nin katibi Çingiz Abdullayevin çox xoşuna gəlib: “Kitabı oxuyandan sonra o təklif elədi ki, Səməd Seyidovu YB üzvlüyünə qəbul edək. Onu hələ ötən ildən üzvlüyə qəbul etmişik. Sadəcə, vəsiqəsini verməyə vaxt olmurdu. Axır ki, bu günlərdə vəsiqəni ona təqdim elədim”.
“Özünüz həmin kitabı oxumusunuzmu?” sualına isə R. Məcid belə cavab verdi: “Kitabın bir nüsxəsini mənə müəllif bağışlayıb. Yazı masamın üstündədir, mənim stolüstü kitabımdır. Amma hələ ki macal tapıb oxumamışam. Bu günlərdə mütləq oxuyacam”.
Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor A.B.Dmitriyev və psixologiya elmləri doktoru, professor Q.İ.Yefremovanın rəy verdikləri kitab Moskvadakı Rusiya Dövlət Sosial Universitetinin nəşriyyatında nəfis tərtibatda 1000 tirajla nəşr edilib. 2 fəsildən ibarət olan kitabda müəllif oxucunu yaradıcılığın təbiəti haqqında müxtəlif fikirləri ilə tanış edir.
Kitab ilk dəfə 2009-cu ildə nəşr edilib.
Rus dilində nəşr olunan kitab iki fəsildən ibarətdir. “Psixologiyada yaradıcılığın tədqiqi tarixi” adlanan birinci fəsildə “Yaradıcılığın psixologiyası probleminin tarixi analizinin əsasları”, “Qədim dövrlərdə yaradıcılıq: Hind, Çin və Antik fəlsəfədə şəxsiyyətin yaradıcı aktivliyi problemi”, “Orta əsrlərdə yaradıcılıq: Şəxsiyyətin yaradıcı fəaliyyəti – ərəb fəlsəfəsinin əsas atributu kimi”, “Qərb psixologiya tarixində yaradıcılıq”, “Sovet psixologiyası və Azərbaycanda yaradıcılıq”, “Yaradıcılıq probleminin inkişaf yolları” adlı bölmələr yer alıb. “Şəxsiyyətin fenomenologiyası” adlı ikinci fəsil isə “Yaradıcılığın paradoksları”, “Yaradıcılıq – psixikanın qoruyucu mexanizmi kimi”, “Şəxsiyyət və onun strukturu”, “Hissiyyat, iradə, fəaliyyət”, “Yaradıcılıq – şəxsiyyət azadlığı və tənəzzülü”, “Cəmiyyətin və yaradıcı şəxsiyyətin qarşıdurması”, “Mədəniyyətin psixologiyası və şəxsiyyətin tipologiyası”, “Şəxsiyyətin psixoloji tipləri”, “Şəxsiyyət nəzəriyyəsi – onun tipologizasiyası” və “L. N. Qumilyov passionarlığı və şəxsiyyətin struktur tipologiyası” məsələlərinə toxunulub.

1287