Filipp Kirkorov Bakıya gələcək – FOTO
APA-nın müğənninin rəsmi internet saytına istinadən yayadığı xəbərə görə, müğənninin Bakıdakı çıxışı martın 2-də olacaq. Bu tarix müğənninin internet saytında yerləşdirilən illik turnelərlə bağlı təqvimdə qeyd olunub.
F. Kirkorovun Bakıda çıxışı Rusiyanın tanınmış bəstəkarı İqor Krutoyun yaradıcılıq gecəsi çərçivəsində baş tutacaq. O da bildirilir ki, yaradıcılıq gecəsinin Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulur.
F. Kirkorov Bakıda çıxışı ilə bağlı saytına bunları deyib: “Mən Bakını sevirəm və bu gözəl, tarixi şəhəri görmək istəyirəm. Bu ölkəni hər bir çıxışımda sevdiyimi bildirmişəm. Mənim Bakıda çox dostum var və hər zaman onlardan bu şəhər haqda məlumat alıram. Bakı səhnəsində çıxış edəcəyim məni çox sevindirir. Bu möhtəşəm şəhərdə, çox sevdiyim insanlar qarşısında öz şoumu göstərmək arzusundayam. Bu arzumun gerçəkləşəcəyinə ümid edirəm”.
Onu da əlavə edək ki, tanınmış müğənni bir müddət əvvəl APA-ya verdiyi müsahibəsində də bu arzusunu dilə gətirmiş, canlı konsertlə çıxış etmək istəyini bildirmişdi.
İqor Krutoyun Bakıda keçirilməsi nəzərdə tutulan yaradıcılıq gecəsində F.Kirkorovla yanaşı, Layma Vaykule, Aleksandr Serov və digər tanınmış müğənnilərinin də çıxışı planlaşdırılır.

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11