Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib
18 fevral 2011 12:44 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib

Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, səfərdə kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərov, nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov və “Çinar-Çap” nəşriyyatının icraçı direktoru Akif Dənzizadədən ibarət nümayəndə heyəti iştirak edib.


Sərgidə ölkəmiz üçün ayrılmış 10 kv.metrlik stenddə 100 addan artıq 202 nəşr məhsulundan ibarət rəngarəng ekspozisiyası nümayiş olunub. 22 ölkənin qatıldığı sərgi-yarmarkanın rəsmi açılış mərasimində Belarus Respublikasının informasiya naziri Oleq Proleskovski, Belarusun informasiya nazirinin birinci müavini Liliya Ananiç, müxtəlif vəzifəli şəxslər və xarici ölkələrin səfirləri, o cümlədən Azərbaycan Respublikasının Belarusdakı səfiri Əli Nağıyev iştirak edib. Mərasimdən sonra O.Proleskovski, L.Ananiç, Almaniyan, İran, Azərbaycan səfirləri və digər rəsmi şəxslər stendimizi ziyarət ediblər.


Tədbir boyu Azərbaycan stendinə təkcə belaruslar və Belarusda yaşayan soydaşlarımız deyil, müxtəlif ölkələrindən olan insanlar böyük maraq göstəriblər. Qarabağ hadisələrinə həsr olunmuş ayrıca guşə tamaşaçıların diqqətini xüsusilə cəlb edib. Sərgiyə gələnlər ekspozisiya vasitəsi ilə Qarabağda erməni vandalizmi, onların törətdikləri ağır cinayətlər barədə Azərbaycan, ingilis və əsasən rus dilində dolğun məlumatlar əldə ediblər.

Sərgi-yarmarkanın üçüncü günü stendimizi ziyarət edən Belarus Prezidentinin müşaviri Viktor Aleksandiroviç Lukaşenkoya Elçinin “Dədə Qorqud”, Çingiz Əlioğlunun “Çərçivə” kitabları və turistik xarakterli çap məhsulları, Belarus Respublikası Prezident Aparatının rəhbərinin müavini Radkov Aleksandr Mixayloviçə müxtəlif nəşrlər, Belarus Respublika Kitabxanasının rəhbərliyinə isə “Qara Qarayev” kitabı hədiyə edilib.
Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin nəşriyyat sektorunun müdiri, MDB-nin “Dövrü mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şura”sının sədri Çingiz Əlioğlu həmin vaxt Minsk şəhərində keçirilən digər bir beynəlxalq tədbirdə iştirak edib. O, sərgi-yarmarkaya dəvət olunub. “Literatura i Mastatstva” nəşriyyatının direktoru, Belarus Yazıçılar Birliyinin rəyasət heyətinin üzvü Ales Karlyukeviçin təşkilatçılığı ilə Çingiz Əlioğlu ilə görüş və onun “Çərçivə” kitabının geniş təqdimat mərasimi keçirilib.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 939

Oxşar yazılar