Şotlandlar zurna çala-çala İçərişəhəri gəzəcəklər
Onlar bununla Müqəddəs Endryu Gününü qeyd edəcəklər
Noyabrın 21-də Bakıda şotlandlar Müqəddəs Endryu gününü qeyd edəcəklər.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı Kaledoniya Cəmiyyətinin təşkil etdiyi bayram tədbirlərinin bir hissəsi kimi Şotlandiya milli musiqi ifaçıları olan zurnaçılar qrupu şənbə günü, noyabrın 21-də saat 13:00-da İçərişəhərdə çıxış edəcək və parad keçirəcəklər.
Zurnaçılar öz ifalarına Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq və daha sonra Müqəddəs Endryu Gününün mədəniyyətlərarası xarakterini təcəssüm etdirmək üçün İçərişəhərin küçələrindən keçəcəklər. Zurnaçıların nümayişi İçərişəhərin əsas küçələrində təxminən bir saat davam edəcək və Qız Qalasının yanında yekunlaşacaq.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov deyib ki, bu cür tədbirlərin təşkilini dəstəkləməkdə məqsəd İçərişəhərin beynəlxalq aləmdə təbliğini daha da genişləndirməkdən ibarətdir: “İçərişəhər tarixi və mədəni irsimizin mənbəyidir. Eyni zamanda biz şotlandların qədim adətini şəhərimizdə qəbul etməkdən də çox şadıq. Bu nümayiş mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən ilk belə tədbirdir və gələcəkdə tərəfimizdən bu kimi yeni təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır”.
Bakı Kaledoniya Cəmiyyətinin rəhbəri cənab Rod Freyzer bildirib ki, bu il Bakı Kaledoniya Cəmiyyəti 12-ci ildönümünü qeyd edir. Kaledoniya Şotlandiyanın digər adıdır və cəmiyyət Azərbaycanda xeyriyyəçilik məqsədi ilə vəsait toplamaqla məşğuldur: “Şotlandiya mədəniyyəti Azərbaycan mədəniyyətinə çox oxşardır. Yüzlərlə şotlandiyalı Bakıda yaşayır və bizi burada qəbul edən, özümüzü evimizdəki kimi hiss etməyə şərait yaradan insanlarla öz mədəniyyətimizi paylaşmaq həqiqətən də qürurvericidir”.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hamını bu tədbirdə iştirak etməyə dəvət edir.

895