![Muğam televiziya müsabiqəsi efir həyatına başladı](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Muğam televiziya müsabiqəsi efir həyatına başladı
Lent.az-ın məlumatına görə, üçüncü dəfədir, keçirilən müsabiqə fevralın 14-də efir həyatına başlayıb. Beynəlxalq Muğam Mərkəzində baş tutan müsabiqə yeni açılan “Mədəniyyət” kanalı və AzTV vasitəsilə canlı yayımlanıb. İlk efir günü seçim turları zamanı müəyyənləşən 20 iştirakçıdan yalnız 10-u çıxış edib. Onların ifasını peşəkar sənətkarlardan ibarət münsiflər heyəti qiymətləndirib.
Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalıb. Jüriyə Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov və Nadir Axundov daxildir.
Xalq artisti Mənsum İbrahimovun Lent.az-a verdiyi məlumata görə, qalan 10 iştirakçı fevralın 17-də öz ifasını təqdim edəcək. Bundan sonra 20 iştirakçının ümumi balları hesablanacaq. Ən az bal toplayan ifaçı müsabiqəni tərk edəcək. Seçimlər isə bu dəfə də yalnız münsiflər heyətinin qərarı ilə aparılacaq.
Münsif heyətinin üzvü onu da bildirib ki, müsabiqə hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri saat 21.00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək və “Mədəniyyət” kanalı ilə yanaşı AzTV-də də canlı yayımlanacaq.
Xatırladaq ki, Muğam televiziya müsabiqəsi ilk dəfə 2005-ci ildə keçirilib. İkinci dəfə 2007-ci ildə təşkil olunan müsabiqənin qalibləri isə Elməddin İbrahimov və Güllü Muradova olub.
Xəyalə Muradlı

Oxşar yazılar
![Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ](https://lent.az/storage/news/2024/july/25/big/66a25fc5a271a66a25fc5a271b172191738166a25fc5a271466a25fc5a2717.jpg)
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
26 iyul 2024 , 20:15![Dünya ədəbiyyatında ən güclü 10 qadın obrazı](https://lent.az/storage/news/2024/july/25/big/66a248c88967566a248c889676172191149666a248c88967166a248c889673.jpg)
Dünya ədəbiyyatında ən güclü 10 qadın obrazı
26 iyul 2024 , 12:24![Bu il baxmalı olduğunuz 15 ən yaxşı animasiya filmi](https://lent.az/storage/news/2024/july/24/big/66a0ffefb354466a0ffefb3545172182731166a0ffefb353f66a0ffefb3541.jpg)
Bu il baxmalı olduğunuz 15 ən yaxşı animasiya filmi
25 iyul 2024 , 12:50![“Halallıq vermədiyim xalq artistləri çoxdur” - Tanınmış aktrisa ilə MÜSAHİBƏ](https://lent.az/storage/news/2024/july/24/big/66a0dcca3eb4466a0dcca3eb45172181831466a0dcca3eb3e66a0dcca3eb41.jpeg)
“Halallıq vermədiyim xalq artistləri çoxdur” - Tanınmış aktrisa ilə MÜSAHİBƏ
24 iyul 2024 , 16:57!["Belə şeylərə nə ehtiyac var?" - Xalq artisti Arif Babayevdən AÇIQLAMA](https://lent.az/storage/news/2024/july/24/big/66a0b0c809b4266a0b0c809b43172180704866a0b0c809b3866a0b0c809b3d.jpg)
"Belə şeylərə nə ehtiyac var?" - Xalq artisti Arif Babayevdən AÇIQLAMA
24 iyul 2024 , 14:34![Fəxri adı ləkələyən XƏTA - Ağadadaş Ağayevi nə gözləyir?](https://lent.az/storage/news/2024/july/24/big/66a0b592560f666a0b592560f7172180827466a0b592560ef66a0b592560f3.jpg)
Fəxri adı ləkələyən XƏTA - Ağadadaş Ağayevi nə gözləyir?
24 iyul 2024 , 13:03![“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb](https://lent.az/storage/news/2024/july/22/big/669e438f4bf1a669e438f4bf1b1721648015669e438f4bf14669e438f4bf17.png)
“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb
23 iyul 2024 , 19:36![Son illərin ən yaxşı 20 qorxulu filmi](https://lent.az/storage/news/2024/july/22/big/669e646613b29669e646613b2b1721656422669e646613b21669e646613b25.jpg)