Gənc Tamaşaçılar Teatrı “Fəcr ongünlüyü”ndən qayıdıb
Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünyanın müxtəlif ölkələrinin aparıcı teatr kollektivlərinin iştirak etdiyi festival İslam inqilabının 32-ci ildönümünə həsr olunub. “Dramatik İncəsənət Mərkəzi”nin dəvəti ilə İrana yola düşən kollektiv fevral ayının 5-də İran İslam Respublikasının Gülüstan vilayətinin Kurqan, fevralın 6-da isə Qumbat Qavuz şəhərlərində dahi ingilis yazarı U.Şekspirin “Otello” tamaşası ilə çıxış edib.
Teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi kollektivə əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, İlqar Cahangirov, Nofəl Vəliyev, Seyidşah Məmmədov, aktyorlar Şəbnəm Hüseynova, İradə Rəşidova, Günel Məmmədova, Vüqar Məmmədəliyev, Rəşad Səfərov, Rövşən Abbasov, Aydın Dəmirov daxildir. Tamaşanın quruluşu, səhnə və musiqi tərtibatı xalq artisti, mərhum rejissor İrina Perlovaya məxsusdur. Aktyorlar uğurlu ifalarına görə diplomlarla təltif olunublar.
Xəyalə

891