Bakı yenidən muğam fəzasına çevriləcək - FOTO
Lent.az-ın məlumatına görə, konfransda Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, ikinci dəfə baş tutacaq festival Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunub.
Festivalın proqramını açıqlayan ittifaq sədri qeyd edib ki, təntənəli açılış mərasimi martın 14-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. 7 gün ərzində Bakıda müxtəlif silsilə tədbirlər həyata keçiriləcək. Belə ki, martın 16, 17 və 18-də YUNESKO səviyyəsində beynəlxalq elmi simpozium olacaq. Müxtəlif ölkələrin ən görkəmli musiqişünaslarının, alimlərinin qatılacağı simpoziumun materialları kitab şəklində Azərbaycan, rus, ingilis və ərəb dillərində işıq üzü görəcək. Martın 18, 19 və 20-də gənc muğam ifaçılarının müsabiqəsi təşkil ediləcək. Festival çərçivəsində hər gün saat 17:00-da Beynəlxalq Muğam Mərkəzində muğam konserti keçiriləcək. Bu 7 gün müddətində hər konsertin birinci bölməsində Azərbaycan xanəndələrinin ifasında yeddi muğam təqdim olunacaq. Konsertin ikinci hissəsində isə digər ölkələrin muğam ifaçıları çıxış edəcək. Bununla bərabər hər gün saat 22:00-da Caz Mərkəzində tanınmış caz ifaçılarımızın da konsertləri keçiriləcək.
Firəngiz Əlizadə proqramın bunlarla yekunlaşmadığını da deyib. Onun sözlərinə görə, festival çərçivəsində simfonik konsertlər, görüşlər də təşkil ediləcək. Opera və Balet Teatrında isə silsilə tamaşalar nümayiş olunacaq. Beynəlxalq Muğam Festivalı martın 21-də Heydər Əliyev Sarayında möhtəşəm qala konsertlə öz işinə yekun vuracaq.
Konfransda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva festivala hazırlıq işlərinin hələ keçən ildən başlandığını vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq tədbirə bütün konsert və teatr salonları cəlb olunub: “İnanırıq ki, ikinci festival da dünyada bu istiqamətdə keçirilən ən gözəl tədbirlərdən biri kimi böyük əks-səda doğuracaq”.
Xəyalə Muradlı

625