“Aktyorların hamısı müqaviləyə imza atır”
Teatrın truppa müdiri Elnur Məmmədovun Lent.az-a verdiyi məlumata görə, 64 aktyorun əksəriyyəti müqaviləyə imza atıb: “Hardasa 10-15 nəfər qalıb. Onlarla da həftə ərzində müqavilə bağlanacaq. Fevralın 1-ə qədər bu proses başa çatacaq. Artıq fevralın 1-dən teatrda tamaşaların məşqləri başlayacaq”.
Truppa müdiri onu da bildirib ki, aktyor heyəti arasında müqaviləyə imza atmaq istəməyənlər yoxdur: “Çünki müqavilənin şərtləri hər iki tərəfi qane edir. Ona görə də aktyorların hamısı müqaviləyə imza atır. Bir də ki, bu teatrın məvacibi digərlərindən yüksəkdir – 200-400 manat arasındadır”.
Xəyalə Muradlı

649