Vaqif İbrahimoğlu sabah Bakıda olacaq
19 yanvar 2011 14:52 (UTC +04:00)

Vaqif İbrahimoğlu sabah Bakıda olacaq

Vaqif İbrahimoğlunun yanında olan teatrşünas Məryəm Əlizadənin Lent.az-a verdiyi məlumata görə, onlar Bakı vaxtı ilə təxminən 16:30-da burda olacaqlar.

Məryəm Əlizadənin sözlərinə görə, hazırda Vaqif İbrahimoğlu özünü yaxşı hiss edir: “Çox şükür, vəziyyəti yaxşıdır. Müalicənin birinci mərhələsi uğurla bitib”.

Teatrşünas onu da bildirib ki, həkimlər V. İbrahimoğlunun işləməsinə heç bir qadağa qoymayıblar: “Bakıya gələndən sonra işə də çıxacaq, tamaşalar da qoyacaq”.

Xatırladaq ki, Vaqif İbrahimoğlu noyabrın 26-da Türkiyəyə gedib. Ağciyərində problem yaranan rejissor Ankaradakı Qazi Universitetinin xəstəxanasında müalicə olunur.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar