Vaqif İbrahimoğlunun vəziyyətində irəliləyiş var
Azərbaycan Dövlət “Yuğ” teatrının bədii rəhbəri, hazırda Türkiyədə müalicə olunan Vaqif İbrahimoğlunun vəziyyəti yaxşılaşmağa doğru gedir.
Bu barədə Lent.az-a telefon əlaqəsi saxladığımız sənətkar özü bildirib: “Vəziyyətim xeyli yaxşılaşıb, ağrılarım azalıb, amma gedişatda nə olacaq, onu yalnız Allah bilir. Həkimlər də nəsə qaneedici fikir deməkdə çətinlik çəkirlər. Hər şey müalicə bitəndən sonra bilinəcək”.
Xatırladaq ki, əməkdar incəsənət xadimi bu ilin sentyabr ayında Bakıda müayinə və müalicə kursları keçib. Ancaq bir nəticə olmadığından yaxınları onu noyabrın 26-da Türkiyəyə aparıblar. Ağ ciyərində problem yaranan bədii rəhbər Ankaradakı Qazi Universitetinin xəstəxanasında müalicə olunur. Rejissorun müalicə xərcinin bir hissəsini Mədəniyyət və Turizm Nazirliyi, bir hissəsini isə dostları ödəyir. İlk kurs yanvarın 25-dək davam edəcək.
Banu

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23