“Yaşar Nuriyə uzun müddətli müalicə tələb olunur”
Bu günlərdə Azərbaycana qayıdan İsrafil İsrafilov APA-ya açıqlamasında Yaşar Nurinin səhhətindəki problemlərin tam aradan qalxması üçün uzun müddətli müalicə tələb olunduğunu deyib: “Türkiyəyə getdim və Yaşar Nuriyə baş çəkdim. Hazırda palataya köçürülüb və müalicə orada davam etdirilir. Səhhətindəki problemlərin həll olunması üçün hələ uzun müddət müalicə tələb olunur. Yaşar Nurinin bədəni uzun müddət şiş halında olub və bədənin əzalarını aktivləşdirmək üçün müəyyən tədbirlər görülür. Bu iş elədir ki, hər orqanın bu prosesə müvafiq reaksiyası var. Bu prosesə ürəyin ayrı, böyrəyin ayrı, ciyərin ayrı reaksiyası var və bu orqanlar yavaş-yavaş oyandırılır. Yəni hazırda Yaşar Nurinin orqanlarında oyandırılma prosesi aparılır”.
İ. İsrafilov qeyd edib ki, bu prosesin sürətli aparılması və tez bir zamanda yekunlaşması mümkünsüzdür: “Bu prosesdə qaçış sürəti gözləmək olmaz. Hər bir proses yavaş-yavaş aparılır və bunun nə zaman yekunlaşacağı bilinmir. Orada olarkən bildim ki, Yaşar Nuriyə uzun müddətli müalicə lazımdır və bu müalicəni mütləq almalıdır”. Teatr rəhbəri uzun illər Akademik Milli Dram Teatrının səhnəsində unudulmaz obrazlar yaradan Yaşar Nurinin səhnəyə nə zaman qayıdacağı haqqında da qəti bir söz deməyin mümkünsüzlüyünü vurğulayıb: “Bəzən biz hər şeyə tələsirik və mövcud vəziyyətə uyğun olmayan tərəfdən yanaşırıq. Yaşar Nuri Azərbaycan mədəniyyətində iz qoyub, kino və teatrımızın inkişafında böyük xidmətləri var. O, sağalıb sıralarımıza qayıtmalıdır. Bu, Azərbaycan mədəniyyətinə, tamaşaçıya, sözsüz ki, ailəsinə və dostlarına lazımdır. İnşallah belə də olacaq”.
Qeyd edək ki, xalq artisti Yaşar Nuri bir aydan çoxdur ki, İstanbulun Memorial Xəstəxanasında müalicə olunur.

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55