Elman Rəfiyev: “İki aktyorumuzun teatrdan ayrılmasına səbəb mübahisə deyil”
Bunu Lent.az-a açıqlamasında Pantomima Teatrının direktoru Elman Rəfiyev deyib. Onun sözlərinə görə, bu iki aparıcı aktyor teatrdan öz istəkləri ilə ayrılıb “Onlar 16 ildir, bizimlə çalışırdılar. Hər ikisi Pantomima Teatrında böyük əmək sərf edib. Amma teatrdan getmək istəyirdilər, getdilər. Qətiyyən hansısa mübahisədən söhbət gedə bilməz. Sadəcə olaraq, sakit şəkildə Bəxtiyar Xanızadəyə yaxınlaşdılar və dedilər ki, biz işdən çıxmaq istəyirik. Bəxtiyar müəllim də aktyorların çıxmasını normal hal kimi qiymətləndirir. O, hələ teatrı yaradanda “mənim teatrımın qapıları gələn və gedən aktyorlar üçün açıqdır” demişdi”.
Elman Rəfiyev qeyd edib ki, Pərviz Məmmədrzayev özü bir pantomim qrup yaradıb: “Həmin qrupda isə onun öz tələbələri var və onları hazırlaşdırır. Bu belə də olmalıdır. Çünki biz Bəxtiyar Xanızadə məktəbi keçmişik. Bu məktəbdən öyrəndiklərimizi isə kimlərəsə öyrətməliyik”.
Qurban Məsimovun sırf reklama görə teatrdan uzaqlaşmasına da aydın gətirən direktor bildirib ki, bu informasiya yanlışdır: “Sadəcə, həmin şirkətlə onun bir illik müqaviləsi var. Qurbanın özü də Pərvizlə birlikdə çalışır. Qurbanın sənəti rejissorluqdur. Bizim teatrda səhnəyə qoyulan bir çox tamaşanın rejissoru məhz Qurban Məsimov olub. Həmçinin, Pərvizin də gözəl ssenari yazmaq qabiliyyəti var”.
Xəyalə Muradlı

Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55