“Azdrama”ya sənəd qəbulu dekabrın 25-də başa çatacaq
Teatrdan Lent.az-a verilən məlumata görə, sənədlərin qəbulu davam edir. Sənədlərini təqdim edənlər sırasında hələ ki, teatrın öz kollektivi üstünlük təşkil etsə də, digər teatrların aktyorları da var. Müsabiqənin şərtlərinə əsasən, teatr sənəti sahəsində ali təhsili, bu sahədə 5 ildən az olmayaraq iş stajı, yaradıcılıq təcrübəsi olan şəxslər müsabiqədə iştirak edə bilər.
Məlumatda bildirilib ki, bütün kollektiv dekabrın 30-da buraxılsa da, yanvar-fevral əmək haqlarını alacaqlar.
Qeyd edək ki, işə qəbulla bağlı müsabiqə Azərbaycan Prezidentinin 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni teatr siyasətinin formalaşmasını, islahatların aparılmasını, gənc istedadların dəstəklənməsini, yaradıcılıq və kadr potensialının yüksəldilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən yaradılmış Komissiya tərəfindən elan olunub.
Xəyalə Muradlı

Oxşar yazılar

Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39