“Gənc ədiblər” məktəbinin 50 fəal üzvü diplomla təltif olundu –
08 dekabr 2010 13:49 (UTC +04:00)

“Gənc ədiblər” məktəbinin 50 fəal üzvü diplomla təltif olundu –

Lent.az-ın məlumatına görə, tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, 2 il yarımdır, fəaliyyət göstərən bu məktəb barədə məlumat verib. O bildirib ki, ayda bir dəfə kitabxanada onların məşğələləri keçirilir. Bu məşğələlərə hətta rayonlardan gələn gənclər də var: “Bu məktəb Əbülfəs Qarayevin əmrilə açıldı. Rəşad Məcid isə ora bədii rəhbər təyin edildi. İlk olaraq, 15 nəfərlə fəaliyyətə başlayan məktəbin üzvlərinin sayı getdikcə artır”.


K.Tahirov onu da bildirib ki, yaxın vaxtlarda “Gənc ədiblər” məktəbinin üzvlərinin əsərlərindən ibarət almanax işıq üzü görəcək.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev xatırladıb ki, hələ 1974-cü ildə mərhum Nüsrət Kəsəmənli Gənclər Kitabxanasında “Gənc qələmlər” İttifaqı adı altında analoji məktəb yaratmışdı: “O zamanlar mən də ora gedirdim. Həmin ittifaqa üzv olan şəxslərin bir qismi gözəl qələm sahiblərinə çevrildilər. Bir qismi isə mənim kimi geri çəkildi”.


Ə.Vəliyev “Gənc ədiblər” məktəbinin ilk müdavimlərinin oxucularla görüşlərinin təşkil olunması təklifini də irəli sürüb.


Daha sonra məktəbin 50 fəal üzvü diplomla təltif edilib.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1134

Oxşar yazılar