Alim Qasımovun sənədləri arxivə qəbul olundu
Bunu Lent.az-a arxivin direktoru Maarif Teymur deyib. O bildirib ki, qəbul olunan sənədlər arasında Alim Qasımovun müxtəlif konsertlərinin afişaları, müsahibələri, jurnalları, fotoları, diplomları, fəxri fərmanları, təşəkkürnamələri var. Avropa ölkələrindəki səfərlərindən hazırlanan şəkil albomları da diqqəti cəlb edir.
Maarif Teymurun sözlərinə görə, sayı təxminən 500-dən çox olan bu sənədlər hazırda ekspertizadan keçirilir və şəxsi fond açmaq üçün hazırlıq işləri görülür: “2-3 aydır, sənədlərin qəbulu üçün hazırlıq işləri görülürdü. Nəhayət, bu yaxınlarda arxivə qəbul olundu və şəxsi fonda yaradılması üçün hazırlıqlar gedir. Biz bu sənədləri illərlə qoyub saxladığına və təqdim etdiyinə görə Alim Qasımova təşəkkür edirik”.
Xəyalə Muradlı

659