223-cü diviziya haqqında “Cəbhədən məktublar” - FOTO
Kinostudiyadan Lent.az-a verilən məlumata görə, sənədli film Böyük Vətən Müharibəsi illərində 223-cü Azərbaycan Milli diviziyasının keçdiyi döyüş yoluna həsr olunub. Filmin ssenari müəllifi Toğrul Vəli, rejissoru Tahir Əliyev, operatoru Elxan Rüstəmovdur. Filmdə orijinal sənədlərdən, foto və kino materiallarından istifadə olunacaq. Çəkilişlər isə Azərbaycan rayonlarında, Moskva və Serbiyada aparılacaq.
Məlumatda bildirilib ki, şərti adı “Cəbhədən məktublar” olan filmin 9 may – Qələbə Günü ərəfəsində təqdim olunması planlaşdırılır.
Xəyalə
Məlumatda bildirilib ki, şərti adı “Cəbhədən məktublar” olan filmin 9 may – Qələbə Günü ərəfəsində təqdim olunması planlaşdırılır.
Xəyalə
1037