Sənətçilərimiz Azərbaycanı Berlində təmsil edib
Tədbirə təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, Elmlər Akademiyasının üzvləri, elm və sənət adamlarından ibarət nümayəndə heyəti qatılıb.
Elm və mədəniyyət günləri çərçivəsində simpozium, konfrans keçirilib, Humbolt Universitetində Azərbaycan tarixi fakültəsinin açılışı olub. Sonuncu gün isə sənətçilərimiz – xalq artistləri Aygün Bayramova, Mənsum İbrahimov, Azər Zeynalov, əməkdar artistlər Zemfira İsmayılova, Elçin Həşimov, Elnur Əhmədov, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun drijorluğu altında konsert proqramı ilə çıxış ediblər.
Mənsum İbrahimovun Lent.az-a verdiyi məlumata görə, onları Almaniyanın Kamera Orkestri müşayiət edib. Solo ifalarla yanaşı duetlər də ifa olunub. Aygün Bayramova və Mənsum İbrahimov “Leyli və Məcnun”dan, Zemfira İsmayılova və Azər Zeynalov isə “Arşın mal alan”dan parça səsləndirib. Sonda ifa olunan “Qarabağ şikəstəsi” isə tamaşaçılar tərəfdən xüsusi maraqla qarşılanıb. “Nəinki konsert, bütün tədbir yüksək səviyyədə keçdi və hamının marağına səbəb oldu” - deyə, Mənsum İbrahimov əlavə edib.
Xəyalə Muradlı

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55