“Turan” muğam qrupu İngiltərədə konsertdə çıxış edib
Səfərdən yenicə qayıdan qrupun solisti, xanəndə Qoçaq Əsgərov Lent.az-a bildirib ki, yubiley proqramı BBC-nin böyük konsert zalında keçirilib.
Bura Azərbaycandan başqa 4 müxtəlif ölkə və şəhərdən musiqiçilər qatılıblar. Bunlar Türkiyə, Monqolustan, Afrika və İspaniyanın dünyaca məşhur musiqiçiləri olub. Hər bir musiqiçinin çıxışı yarım saatlıq proqramı təşkil edib və bu, canlı olaraq radionun efirinə ötürülüb. Konsertdən sonra BBC-nin prodüseri Ceyms Parkin tamaşaçıların və eyni zamanda özünün “Turan” qrupunun timsalında Azərbaycan musiqisini sevərək dinlədiklərini və ifadan zövq aldıqlarını vurğulayıb. Bu məmnunluq ifadələri növbəti gün İngiltərənin mətbuatında da yer alıb.
Səfərin növbəti günü həmyerlilərimiz Sooas Universitetində qonaq olublar. Əvvəlcədən nəzərdə tutulan görüşdə məktəbin professoru Lusi Duran başda olmaqla ali məktəb ocağının müəllim və tələbə heyəti iştirak edib. Səfərin təşəbbüskarlarından biri, YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırova Azərbaycan musiqisi haqqında iştirakçıları məlumatlandırıb. Daha sonra “Turan” qrupunun ifasında geniş konsert proqramı təqdim edilib. İnstitutun müəllim heyətinin təşəbbüsü ilə musiqiçilərimiz Azərbaycan musiqisi ilə yaxından maraqlanan tələbələrə master-klass keçiblər.
Qeyd edək ki, BBS-3-ün təqdim etdiyi konsert proqramından sonra böyük ziyafət təşkil edilib və burada bir çox tanınmış insanlar iştirak ediblər. Məclis əhlinin istəyi ilə azərbaycanlı musiqiçilərin yubileydə səsləndirdikləri musiqi parçalarının lent yazısı gecədə təkrar səsləndirilib.
Xatırladaq ki, çıxışları zamanı Qoçaq Əsgərovu tarda əməkdar artist Malik Mansurov, kamançada Elnur Mikayılov, nağarada Şükür Əliyev müşayiət ediblər.
Lalə Yusifqızı

1143