“Ozan-Aşıq Dünyası” foto albomu təqdim olundu – FOTO
05 noyabr 2010 14:05 (UTC +04:00)

“Ozan-Aşıq Dünyası” foto albomu təqdim olundu – FOTO

Lent.az-ın məlumatına görə, tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq oktyabrın 22-dən 26-a qədər keçirilən Azərbaycanda ilk dəfə keçirilən festival barədə danışıb.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, festival şifahi xalq ədəbiyyatının yenidən çiçəklənməsinə, türkdilli xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə şərait yaradıb. Nazir müavininin fikrincə, iki ildən bir keçiriləcək bu festival aşıq sənətinin dünyada tanıdılması üçün mühüm töhfə verəcək.

Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub festivalın tək paytaxtda deyil, bölgələrdə də böyük maraqla qarşılandığını deyib. Onun sözlərinə görə, artıq aşıq sənəti özünün əvvəlki şöhrətini bərpa etməkdədir.

Tədbirdə xalq yazıçısı Mövlud Süleymanlı, əməkdar incəsənət xadimi Aşıq Ədalət də çıxış edib.

Qeyd edək ki, təqdimatı keçirilən foto albomda haqqa qovuşan aşıqların tərcümeyi-halları, yaradıcılıqları haqqında geniş məlumat və foto-şəkillər yer alıb. Onların sırasında Aşıq Alı, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Mirzə Bilal, Qurbanəli, Mikayıl Azaflı və digər aşıqlar barədə məlumatlar var.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr olunan albomun müəllifi Musa Nəbioğludur.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913

Oxşar yazılar