Aybəniz Haşımova: “Ürəyimdəki yaralar yenidən qopdu”
Özümü çox yorğun hiss edirəm. verilişdən sonra sanki yenidən o illərə qayıtdım. Ürəyimdəki bütün yaralarım yenidən qopub qanadı”. Bunu Lent.az-a açıqlamasında tanınmış müğənni, əməkdar artist Aybəniz Haşımova deyib. O bildirib ki, şəxsi həyatı, mərhum həyat yoldaşı ilə bağlı danışdığı verilişdən sonra ona müxtəlif zənglər gəlib: “Zəng edənlərin hamısı çox mütəəssir olduğunu deyir. Elə mən özüm də hələ toparlana bilməmişəm. Bir xeyli vaxt lazımdır ki, o yaralarım yenidən qaysaq bağlasın”.
Aybəniz Haşımova onu da bildirib ki, rəhbərlik etdiyi “Böyük səhnəyə yol” layihəsinin oktyabrın 30-da keçirilməli olan ikinci konsert proqramı təxirə salınıb. Buna səbəb Heydər Əliyev Sarayında keçirilən konsertlərin çoxluğu olub. İkinci konsert proqramının vaxtı hələ dəqiqləşməyib.
Xəyalə

Oxşar yazılar

“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07