Gürcüstan filmində Xan Şuşinskinin səsindən istifadə olunub – EKSKLÜZİV
Azərbaycanın dahi muğam ustası Xan Şuşinskinin ifası ötən əsrin 40-cı illərində Gürcüstanda istehsal olunan filmdə yer alıb. Sənətkarın qızı Bəyimxanım Verdiyeva Lent.az-a bildirib ki, Georgi Saakadze haqqında olan bu filmdə Xan Şuşinski “Heyratı” ifa edib: “Bu film Gürcüstanın Milli Arxiv İdarəsində saxlanılır. Atam orda “Heyratı” oxuyub. Deyirlər, səsi də dəhşətli dərəcədə gözəl çıxıb. Ancaq həmin lent yazısını alıb gətirə bilmirik. Kimə müraciət edəcəyimizi də bilmirik”.
Məsələ ilə əlaqədar Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyevlə əlaqə saxladıq. C.Quliyev bildirdi ki, filmdə ifa olunan musiqilər həmin idarənin fonoqramlar arxivində qorunur: “Ordan hansısa yazının surətini gətirmək üçün kommersiya şöbəsinə müəyyən məbləğdə pul ödənməlidir. Dəqiq bilmirəm, amma eşitdiyimə görə böyük məbləğdir. Arada pul söhbəti olduğundan biz belə məsələlərə qarışmırıq. Ona görə də Xan Şuşinskinin ailə üzvləri Gürcüstana gedib arxiv idarəsinə ərizə ilə müraciət etsinlər. Lazımi məbləği ödəyib lent yazısının surətini gətirsinlər”.
Xəyalə Muradlı

Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37